Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Paşinyanın bəyanatlarını oxuyun - Azərbaycan XİN-dən erməni diplomatlara

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
BAKI, 7 dekabr - Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin, imzalanmış üçtərəfli bəyanatlara guya ki uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası Ermənistan tərəfinin öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobialar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN-in açıqlamasında deyilir.
Azərbaycan tərəfinin dəfələrlə və ən yüksək səviyyədə üç ölkə liderinin imzaladığı birgə bəyanatların icrasının vacibliyini vurğuladığı, tərəfimizdən bu istiqamətdə konkret addımlar atıldığı vurğulanan açıqlamada Ermənistanın üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə öhədliklərini yerinə yetirmədiyi, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törətdiyi qeyd edilir.
"Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir.
30 ilə yaxın Azərbaycanın ərazilərini qanunsuz işğal altında saxlayan və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Ermənistan XİN-inə, indi saxta əsaslarla beynəlxalq ictimaiyyətə üz tutmaqdansa, öz ölkə liderlərinin imzaladığı bəyanatları diqqətlə oxumağı və bu sənədlərlə üzərilərinə götürdükləri öhdəliklərin icrasına keçməyi tövsiyə edirik", - Azərbaycan XİN-dən erməni həmkarlarına tövsiyə edirlər.
Eləcə də oxuyun:
* Ermənistan bütün dünyaya Azərbaycandan şikayətlənir. Bakıda bu barədə nə düşünürlər
Xəbər lenti
0