Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Prezident və Birinci xanım stadionda “Qarabağ”-“Qalatasaray” oyununa tamaşa ediblər

© AFP 2023 / OZAN KOSEВид на Бакинский олимпийский стадион, фото из архива
Вид на Бакинский олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.03.2023
Abunə olmaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qarabağ” və “Qalatasaray” komandaları arasında keçirilən xeyriyyə oyununa baxıblar.
BAKI, 26 mart - Sputnik. Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar.
Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək.
Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.
Матч второго квалификационного раунда Лиги Европы между азербайджанским Нефтчи и турецким клубом Галатасарай - Sputnik Azərbaycan, 1920, 26.03.2023
İDMAN
"Qarabağ" və "Qalatasaray" klublarının start heyətləri açıqlanıb
Xəbər lenti
0