Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" və "Qalatasaray" klublarının start heyətləri açıqlanıb

© Sputnik / Murad OrujovМатч второго квалификационного раунда Лиги Европы между азербайджанским "Нефтчи" и турецким клубом "Галатасарай"
Матч второго квалификационного раунда Лиги Европы между азербайджанским Нефтчи и турецким клубом Галатасарай - Sputnik Azərbaycan, 1920, 26.03.2023
Abunə olmaq
"Qarabağ" - "Qalatasaray" oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım üçün göndəriləcək.
BAKI, 26 mart - Sputnik. Bakıda xeyriyyə oyununda üz-üzə gələcək "Qarabağ" və Türkiyə "Qalatasaray"ının start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Gerye, 6. Julio Romao, 2. Qara Qarayev, 15. Leandro Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zubir, 99. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 41. Anar Nəzirov, 94. Ayhan Arazlı, 21. Rauf Hüseynli, 83. Nihad Quliyev, 22. İsmayıl İbrahimli, 83. Nəriman Axundzadə, 17. Hamidu Keyta
Baş məşqçi: Qurban Qurbanov
"Qalatasaray": 34. Okan Koçuk, 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir
Ehtiyat oyunçular: 12. Atakan Ordu, 42. Abdulkerim Bardakçı, 55. Arda Deniz Yavaş, 58. Ali Yeşilyurt, 77. Berkan Aksoy, 5. Lukas Torreyra, 6. Fredrik Midtşö, 22. Berkan Kutlu, 59. Caner Doğan, 64. Xuan Mata, 44. Beknaz Almazbekov, 56. Baran Demiroğlu, 99. Mauro İkardi
Baş məşqçi: Okan Buruk
Xatırladaq ki, Türkiyənin "Qalatasaray" klubu Ağdam təmsilçisi "Qarabağ"la xeyriyyə oyunu keçirmək üçün dünən paytaxta gəlib.

Sözügedən qarşılaşma bu gün Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.
Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olacaqlar.
Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım üçün göndəriləcək.
Bakı Olimpiya Stadionu - Sputnik Azərbaycan, 1920, 25.03.2023
PAYTAXT XƏBƏRLƏRİ
“Qarabağ” - “Qalatasaray” matçı ilə bağlı metronun iş rejimində dəyişikliklər olacaq
Xəbər lenti
0