Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırdı

© Photo : FC Karabkh"Frayburq" "Qarabağ"la oyunu
Frayburq Qarabağla oyunu - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Ağdam təmsilçisi mübarizəsini UEFA Konfrans Liqasında davam etdirməli olacaq.
BAKI, 3 noyabr - Sputnik. Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin son oyununu keçirib. Klub Bakıda Almaniya "Frayburq"unu qəbul edib.
G qrupunun matçı Tofiq Bəhramov adın Respublika stadionunda keçirilib. Xatırladaq ki, bu komandaların Almaniyada keçirilmiş ilk görüşü 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.
Görüşdə hesabı qonaqlar açıb. 25-ci dəqiqədə Nils Petersen penaltini dəqiq yerinə yetirib. Birinci hissə bu hesabla qurtarıb.
İkinci hissəyə artırılmış ikinci dəqiqədə Ovusu hesabı bərabərləşdirib - 1:1. Görüş bu hesabla qurtarıb.
G qrupunun digər görüşündə "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edib. Görüş 2:0 hesabı ilə qonaqların xeyrinə bitib.
Beləliklə, "Frayburq" 14 xalla qrupu birinci yerdə başa vurub, "Nant" 9 xalla ikinci, "Qarabağ" 8 xalla üçüncü olub. Qrup sonuncusu "Olimpiakos" 2 xal toplayıb.
Qarabağ - Nant matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 28.10.2022
İDMAN
"Qarabağ" "Nant"la oyunu məğlubiyyətlə başa vurub
Xəbər lenti
0