https://sputnik.az/20221028/qarabag-nantla-oyunu-meglubiyyetle-basa-vurub-447962876.html
"Qarabağ" "Nant"la oyunu məğlubiyyətlə başa vurub
"Qarabağ" "Nant"la oyunu məğlubiyyətlə başa vurub
Sputnik Azərbaycan
Oyunun 94-cü dəqiqəsində "Nant"ın oyunçusu İqnatius Qanaqo həlledici qolu "Qarabağ"ın qapısından keçirib. 28.10.2022, Sputnik Azərbaycan
2022-10-28T00:55+0400
2022-10-28T00:55+0400
2022-10-28T01:12+0400
idman
futbol
qarabağ
"qarabağ" fk
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447963514_0:149:2850:1752_1920x0_80_0_0_85c9be5dbbed25076c95145108840e68.jpg
BAKI, 28 oktyabr - Sputnik. Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başa çatıb. Meydan sahiblərindən Lüdovik Blas 16-cı dəqiqədə topu "köhlən atlar"ın qapısından keçirib.Qarşılaşmanın 56-cı dəqiqəsində penaltidən fərqlənən Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç tarazlığı bərpa edib - 1:1.Oyunun 94-cü dəqiqəsində "Nant"ın oyunçusu İqnatius Qanaqo növbəti qolu "Qarabağ"ın qapısından keçirib - 2:1.Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb. E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesabı ilə liderliyi təmin edib və 1/8 finala yüksəlib."Bojuar" stadionunda keçirilən oyunu danimarkalı FIFA referisi Yakob Kehlet idarə edib.Oyunun gedişində Qarabağ"ın kapitanı Qara Qarayev zədələnib. Oyunu davam etdirə bilməyən təcrübəli yarımmüdafiəçi 79-cu dəqiqədə Julio Romao ilə əvəzlənib.Qeyd edək ki, Fransada "Nant" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda Ermənistan bayrağı açılıb.Azarkeşlər bayrağı qapı arxasındakı tribunada yerləşdiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447963514_159:0:2692:1900_1920x0_80_0_0_f3c86030cc4eb62a5a6fcb4677b8ad5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, qarabağ, "qarabağ" fk
futbol, qarabağ, "qarabağ" fk
"Qarabağ" "Nant"la oyunu məğlubiyyətlə başa vurub
00:55 28.10.2022 (Yenilənib: 01:12 28.10.2022) Oyunun 94-cü dəqiqəsində "Nant"ın oyunçusu İqnatius Qanaqo həlledici qolu "Qarabağ"ın qapısından keçirib.
BAKI, 28 oktyabr - Sputnik. Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başa çatıb.
Meydan sahiblərindən Lüdovik Blas 16-cı dəqiqədə topu "köhlən atlar"ın qapısından keçirib.
Qarşılaşmanın 56-cı dəqiqəsində penaltidən fərqlənən Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç tarazlığı bərpa edib - 1:1.
Oyunun 94-cü dəqiqəsində "Nant"ın oyunçusu İqnatius Qanaqo növbəti qolu "Qarabağ"ın qapısından keçirib - 2:1.
Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb. E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesabı ilə liderliyi təmin edib və 1/8 finala yüksəlib.
"Bojuar" stadionunda keçirilən oyunu danimarkalı FIFA referisi Yakob Kehlet idarə edib.
Oyunun gedişində Qarabağ"ın kapitanı Qara Qarayev zədələnib. Oyunu davam etdirə bilməyən təcrübəli yarımmüdafiəçi 79-cu dəqiqədə Julio Romao ilə əvəzlənib.
Qeyd edək ki, Fransada "Nant" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda Ermənistan bayrağı açılıb.
Azarkeşlər bayrağı qapı arxasındakı tribunada yerləşdiriblər.