Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" ilk pillədə qərarlaşıb

© Photo : Qarabağ FKQarabağ klubunun futbolçuları, arxiv şəkli
Qarabağ klubunun futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Beş oyundan dördündə qələbə qazanan "Qarabağ" birinci pillədə qərarlaşıb
BAKI, 4 oktyabr — Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandalar açıqlanıb.
Yarışın rəsmi "Twitter" hesabının məlumatına görə, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb. Keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olan Ağdam təmsilçisi birinci pillədə qərarlaşıb.
Xatırladaq ki, bu siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 6-da UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
Olimpiakos klubunun futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2022
İDMAN
"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri bəlli olub
Xəbər lenti
0