Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri bəlli olub

© AFP 2024 / ARIS MESSINIS"Olimpiakos" klubunun futbolçuları, arxiv şəkli
Olimpiakos klubunun futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Olimpiakos"-"Qarabağ" qarşılaşmasını Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.
BAKI, 4 oktyabr — Sputnik. Yunanıstanda "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununun təyinatları bəlli olub.
Qarşılaşma Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapışırılıb. Baş hakim İrfan Peltoya Davor Belyo və Damir Laziç laynsmanlar qismində köməklik göstərəcək.
Oyunun dördüncü hakimi funksiyasını Antoni Bandiç yerinə yetirəcək.
"Olimpiakos" - "Qarabağ" qarşılaşması oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, sentyabrın 15-də Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Baş məşqçi Qurban Qurbanovun yetirmələri G qrupunun II turunda Bakıda Fransanın "Nant" klubununa 3:0 hesabı ilə qalib gəlib.
Xəbər lenti
0