https://sputnik.az/20220822/qarabagin-kapitani-viktoriya-ile-cavab-matcini-da-buraxacaq-445242590.html
"Qarabağ"ın kapitanı "Viktoriya" ilə cavab matçını da buraxacaq
"Qarabağ"ın kapitanı "Viktoriya" ilə cavab matçını da buraxacaq
Sputnik Azərbaycan
Avqustun 23-də keçiriləcək "Viktoriya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə... 22.08.2022, Sputnik Azərbaycan
2022-08-22T13:57+0400
2022-08-22T13:57+0400
2022-08-22T13:57+0400
maksim medvedev
idman
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0c/443933703_0:0:2000:1125_1920x0_80_0_0_054b4e4e6a44e2e4be2adb993eeb5c22.jpg
BAKI, 22 avqust — Sputnik. "Qarabağ"ın kapitanı Maksim Medvedev Çexiyada "Viktoriya" (Plzen) klubuna qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxacaq."Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bildirib.50 yaşlı mütəxəssis təcrübəli müdafiəçinin hələlik kollektivlə məşqlərə qatılmadığını və fərdi hazırlığa yeni başladığını söyləyib.Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb. Maksim Medvedev İsveçrədə "Sürix"lə 1:1 hesablı heç-heçə etdikləri II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Müdafiəçi bu səbəbdən Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin matçlarını, həmçinin "Viktoriya" ilə ilk görüşü buraxıb.
https://sputnik.az/20220819/qarabagin-sefer-oyunu-ucun-elave-biletler-satisa-cixarildi-445198817.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0c/443933703_227:0:2000:1330_1920x0_80_0_0_8bfbaf20ef0f040cbeeef3d099dffb15.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
maksim medvedev
"Qarabağ"ın kapitanı "Viktoriya" ilə cavab matçını da buraxacaq
Avqustun 23-də keçiriləcək "Viktoriya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb
BAKI, 22 avqust — Sputnik. "Qarabağ"ın kapitanı Maksim Medvedev Çexiyada "Viktoriya" (Plzen) klubuna qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxacaq.
"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bildirib.
50 yaşlı mütəxəssis təcrübəli müdafiəçinin hələlik kollektivlə məşqlərə qatılmadığını və fərdi hazırlığa yeni başladığını söyləyib.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb. Maksim Medvedev İsveçrədə "Sürix"lə 1:1 hesablı heç-heçə etdikləri II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Müdafiəçi bu səbəbdən Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin matçlarını, həmçinin "Viktoriya" ilə ilk görüşü buraxıb.