Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın səfər oyunu üçün əlavə biletlər satışa çıxarıldı

© Sputnik / Murad Orujov "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu
 Viktoriya (Plzen) və Qarabağ arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu  - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Ən ucuz biletin qiyməti təxminən 30 manat, ən bahalı biletlər isə təxminən 62 manatdır.
BAKI, 19 avqust — Sputnik. Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa əlavə biletlər çıxarılıb.
Bununla bağlı Plzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, ən ucuz biletin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 890 Çexiya kronudur (təxminən 62 manat).
Qeyd edək ki, avqustun 23-də "Dusan Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda qolsuz heç-heçə qeydə alınıb.
Xatırladaq ki, avqustun 17-də Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu keçirilib. Oyunda hesab açılmayıb.
Qarabağla Viktoriyanın oyunu  - Sputnik Azərbaycan, 1920, 17.08.2022
FOTO
"Qarabağ"la "Viktoriya"nın oyunu heç-heçə başa çatıb
Xəbər lenti
0