SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunları ilə bağlı paylaşım edib

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Twitter hesabında V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vuran idmançılarımızı təbrik edib.
BAKI, 21 avqust - Sputnik. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Twitter hesabında V İslam Həmrəyliyi Oyunları ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm!”
Xatırladaq ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları avqustun 18-də başa çatıb.
Azərbaycan yarışı 99 medalla bitirib və 4-cü pillədəki mövqeyini qoruyub. Yarış ərzində Azərbaycan idmançıları 29 qızıl, 36 gümüş və 34 bürünc əyarlı medallar qazanıblar.
İlk 3 sırada medal əyarında müvafiq olaraq, Türkiyə, Özbəkistan və İran qərarlaşıb. Sonrakı yerləri Azərbaycan və Qazaxıstan tamamlayıb.
İndiyədək ümumilikdə 56 ölkədən 44-ü medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə şəxsi yarışlara start verilib - Sputnik Azərbaycan, 1920, 18.08.2022
İDMAN
V İslam Həmrəyliyi Oyunları başa çatıb: Azərbaycan idmançıları 99 medal qazanıblar
Xəbər lenti
0