Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

V İslam Həmrəyliyi Oyunları başa çatıb: Azərbaycan idmançıları 99 medal qazanıblar

© Photo : AZERTAGTürkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə şəxsi yarışlara start verilib
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə şəxsi yarışlara start verilib - Sputnik Azərbaycan, 1920, 18.08.2022
Abunə olmaq
Yarış ərzində Azərbaycan idmançıları 29 qızıl, 36 gümüş və 34 bürünc əyarlı medallar qazanıblar.
BAKI, 18 avqust - Sputnik. Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb.
Azərbaycan yarışı 99 medalla bitirib və 4-cü pillədəki mövqeyini qoruyub. Yarış ərzində Azərbaycan idmançıları 29 qızıl, 36 gümüş və 34 bürünc əyarlı medallar qazanıblar.
İlk 3 sırada medal əyarında müvafiq olaraq, Türkiyə, Özbəkistan və İran qərarlaşıb. Sonrakı yerləri Azərbaycan və Qazaxıstan tamamlayıb.
İndiyədək ümumilikdə 56 ölkədən 44-ü medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.
V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
Türkiyənin Konya şəhərindəki 15 İyul Stadionunda V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.
Mərasimə Azərbaycandan rəsmi şəxs qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov qatılıb.
Əvvəlcə Türkiyənin Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçı 56 ölkənin rəsmi keçidi olub. Azərbaycan bayrağını 3x3 basketbolçu Zaur Paşayev daşıyıb.
Daha sonra Oyunların könüllüləri səhnəyə dəvət edilərək, onlara təşəkkür ifadə olunub.
Türkiyənin gənclik və idman naziri, Konya-2021-in Hazırlıq və Təşkilat Komitəsinin sədri Mehmet Kasapoğlu çıxış edərək, bildirib ki, bu Oyunlarda uduzan olmayıb, qazanan isə birlik-bərabərlik, dostluq-qardaşlıq olub.
Yarışın unudulmaz anlarla yadda qaldığını söyləyən İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud idmançıları dəstəkləyən hər kəsə, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. O, dünyaya "Həmrəylik adımız, sülh dilimiz, idman meydanlarında şərəfli rəqabət isə yolumuzdur" mesajını verən idmançılara minnətdarlığını bildirib.
Bağlanış mərasimi atəşfəşanlıq və müğənni Kubatın konserti ilə bitib (Report).
Xəbər lenti
0