CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yuxuda Şuşanı və Aqil Abbası görüb, komandası 5 qol vurub

© Sputnik / Murad OrujovQarabağ"ın baş məşqçisi Qurban Qurbanov
Qarabağın baş məşqçisi Qurban Qurbanov - Sputnik Azərbaycan, 1920, 13.07.2022
Abunə olmaq
Qurban Qurbanov: "Aqil Abbas mənə bir-bir təpələri göstərirdi ki, gör oraya necə qar yağıb".
BAKI, 12 iyul - Sputnik. Ötən gün maraqlı yuxu görmüşdüm, Qarabağda və Şuşada idim.
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis oyundan əvvəlki gecə yuxuda Aqil Abbası da gördüyünü bildirib:
"Görürəm ki, Şuşada dağın başındadır. Qar yağıb və Aqil müəllim qarın içindədir. Məndən bir az yuxarıdadır və deyir ki, Qurban, gör şəhər necə istidir. Mənə bir-bir təpələri göstərir ki, gör oraya necə qar yağıb. Baxıram və görürəm ki, oralar ağdır. Bəlkə də bu oyundan əvvəl Aqil müəllim mənə zəng etməyib, buna görə yuxuda onu görmüşəm" (Report).
Xatırladaq ki, ötən gün Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib. Oyunda Ağdam klubu 5:1 hesabı ilə rəqibini darmadağın edib.
Qarabağ - Lex matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 12.07.2022
İDMAN
"Qarabağ" Polşa "Lex"ini darmadağın edib
Xəbər lenti
0