Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" Polşa "Lex"ini darmadağın edib

© Sputnik / Murad Orujov"Qarabağ" - "Lex" matçında oyun epizodu
Qarabağ - Lex matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 12.07.2022
Abunə olmaq
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Köhlən atlar" rəqib komandanın qapısına 5 qol vurub.
BAKI, 12 iyul - Sputnik. Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edib.
Oyunda erkən qol vurulub. Qonaqlar 20-ci saniyədə hesabı açıblar. Poznan təmsilçisindən Kristoffer Velde fərqlənib.
"Köhlən atlar"dan Kadi Borges 14-cü dəqiqədə hesabı bərabərləşdirib.
42-ci dəqiqədə Filip Ozobiç 2-ci topu qonaqların qapısından keçirib - 2:1. Beləcə Ağdam klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.
Oyunun ikinci yarısında Ağdam təmsilçilərindən Kevin Medina 3-cü topu qonaqların qapısından keçirib - 3:1.
Kadi Borges 74-cü dəqiqədə dubl edib - 4:1.
Qarşılaşmanın 78-ci dəqiqəsində ikinci hissədə meydana daxil olan Abbas Hüseynov fərqlənib. O, "Qarabağ"ın oyundakı sayca 5-ci qoluna imza atıb. Beləliklə, oyun "Qarabağ"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu, Azərbaycan çempionu “Qarabağ”ın mövsümdə ikinci matçı idi. Polşadakı ilk matçda "Köhlən atlar" rəqibinə minimal hesabla uduzub - 0:1.
Azərbaycan çempionu bugünkü darmadağınla növbəti mərhələyə adlayıb.
Ağdam klubu II təsnifat mərhələsində İsveçrə klubu “Sürix”lə qarşılaşacaq. “Lex” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Qeyd edək ki, sonuncu dəfə 1993/1994 mövsümündə Rusiyanın "Spartak" (Moskva) klubu Çempionlar Liqasında "Lex"ə 5 qol vurub.
Xəbər lenti
0