https://sputnik.az/20220712/lexin-bas-mesqcisi-qarabag-bu-gun-ela-oynadi-ve-bizi-keyfiyyet-baximindan-usteledi-443932620.html
"Lex"in baş məşqçisi: "Qarabağ" bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi
"Lex"in baş məşqçisi: "Qarabağ" bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi
Sputnik Azərbaycan
Polşa "Lex"inin baş məşqçisi Con van den Brom deyib ki, çoxlu səhvlərə yol veriblər və oyun onlar üçün uğursuz alınıb. 12.07.2022, Sputnik Azərbaycan
2022-07-12T23:10+0400
2022-07-12T23:10+0400
2022-07-13T11:16+0400
idman
uefa
uefa çempionlar liqası
"qarabağ" fk
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0b/443911859_0:67:1280:787_1920x0_80_0_0_fc154f48c566526e5f638772cc8768be.jpg
BAKI, 12 iyul - Sputnik. Polşa "Lex"inin baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında rəqibi qələbə münasibətilə təbrik edib, növbəti mərhələdə ona uğurlar arzulayıb.Mütəxəssis bildirib ki, mərhələni onun başçılıq etdiyi komanda da adlaya bilərdi. Bunun üçün yetərincə əsası da vardı. Amma oyun uğursuz alındı:"Çoxlu səhvə yol verdik. Təəssüf ki, hakim səhvləri də oldu. Yan xətt hakimləri azı 3 epizodda oyundankənar vəziyyət qeydə almadı. Amma bu, bəhanə olmamalıdır. "Qarabağ" bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi".Niderlandlı baş məşqçinin sözlərinə görə, məğlubiyyətin fərqi yoxdur: "Amma 1:5 böyük hesabdır. Təcrübəmizdə bu cür məğlubiyyət olmayıb. Bəzi nüansları nəzərə almaq lazımdır. Hesab sırf rəqibin çox gözəl oyun sərgiləməsi ilə bağlı idi".Van den Brom hansısa səhvini vurğulamaq istəmədiyini söyləyib: "İlk matçdakı taktikanı bu dəfə də tətbiq etmişdik. Sadəcə, nə isə düz getmədi. Dediyim kimi, "Qarabağ" çox yaxşı oynadı. Burada yalnız rəqibin keyfiyyətli oyunundan söhbət gedə bilər".Xatırladaq ki, bu gün Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib. Oyunda Ağdam klubu 5:1 hesabı ilə rəqibini darmadağın edib.
https://sputnik.az/20220712/qarabag-polsa-lexini-darmadagin-edib-443930485.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0b/443911859_71:0:1210:854_1920x0_80_0_0_d20217ad54f7c18aa96b578ba0a8915b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uefa, uefa çempionlar liqası, "qarabağ" fk
uefa, uefa çempionlar liqası, "qarabağ" fk
"Lex"in baş məşqçisi: "Qarabağ" bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi
23:10 12.07.2022 (Yenilənib: 11:16 13.07.2022) Polşa "Lex"inin baş məşqçisi Con van den Brom deyib ki, çoxlu səhvlərə yol veriblər və oyun onlar üçün uğursuz alınıb.
BAKI, 12 iyul - Sputnik. Polşa "Lex"inin baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında rəqibi qələbə münasibətilə təbrik edib, növbəti mərhələdə ona uğurlar arzulayıb.
Mütəxəssis bildirib ki, mərhələni onun başçılıq etdiyi komanda da adlaya bilərdi. Bunun üçün yetərincə əsası da vardı. Amma oyun uğursuz alındı:
"Çoxlu səhvə yol verdik. Təəssüf ki, hakim səhvləri də oldu. Yan xətt hakimləri azı 3 epizodda oyundankənar vəziyyət qeydə almadı. Amma bu, bəhanə olmamalıdır. "Qarabağ" bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi".
Niderlandlı baş məşqçinin sözlərinə görə, məğlubiyyətin fərqi yoxdur: "Amma 1:5 böyük hesabdır. Təcrübəmizdə bu cür məğlubiyyət olmayıb. Bəzi nüansları nəzərə almaq lazımdır. Hesab sırf rəqibin çox gözəl oyun sərgiləməsi ilə bağlı idi".
Van den Brom hansısa səhvini vurğulamaq istəmədiyini söyləyib: "İlk matçdakı taktikanı bu dəfə də tətbiq etmişdik. Sadəcə, nə isə düz getmədi. Dediyim kimi, "Qarabağ" çox yaxşı oynadı. Burada yalnız rəqibin keyfiyyətli oyunundan söhbət gedə bilər".
Xatırladaq ki, bu gün Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib. Oyunda Ağdam klubu 5:1 hesabı ilə rəqibini darmadağın edib.