https://sputnik.az/20220612/formula-2-esas-yarisa-start-verilib-ve-ilk-qeza-artiq-bas-verib--442827757.html
Formula 2: Qaliblər mükafatlandırıldı
Formula 2: Qaliblər mükafatlandırıldı
Sputnik Azərbaycan
Formula 2 üzrə əsas yarışda 29 dövrənin yekununda “Prema Racing” komandasının pilotu Dennis Hauger bütün rəqiblərini qabaqlayıb. 12.06.2022, Sputnik Azərbaycan
2022-06-12T12:35+0400
2022-06-12T12:35+0400
2022-06-12T13:10+0400
idman
"formula-2"
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0c/442830963_0:26:851:504_1920x0_80_0_0_d19bd04db6f23090a9f2d6d87933dff9.jpg
BAKI, 12 iyun - Sputnik. Azərbaycan Qran-prisində növbəti mükafatlandırma mərasimi təşkil olunub.“Formula-2” üzrə ikinci dəfə qaliblər mükafatlandırılıb.Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Dennis Hauqer (“Prema”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Müvafiq olaraq 2-3-cü yerləri tutan Loqan Sarcent (“Karlin”) və Felipe Druqoviç (“MP Motorsport”), həmçinin 4-cü olan Yehan Daruvala (“Prema”) da kubokla mükafatlandırılıb.Qeyd edək ki, dünən keçirilən sprint yarışının qalibi Frederik Vesti (“Art Grand Prix”) olub.***Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə əsas yarışın qalibi müəyyənləşib.29 dövrənin yekununda “Prema Racing” komandasının pilotu Dennis Hauger bütün rəqiblərini qabaqlayıb.Qeyd edək ki, yarışa liderlik edən “Hitech Grand Prix” komandasının üzvü Yuri Vipsin bolidi qoruyucu səddə çırpıldığından o, mübarizəni davam etdirə bilməyib.“Carlin” komandasının pilotu Logan Sargeant ikinci, “MP Motorsport”un sürücüsü Felipe Druqoviç üçüncü yeri tutub.Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.***“Formula-2” üzrə Azərbaycan Qran-prisində ikinci qəza yaşanıb. Hadisə 12-ci döngədə baş verib.Roy Nissani (“Dams”) və Cem Bölükbaşının (“Çaruz”) idarə etdiyi bolidlər əvvəlcə bir-birlərinə dəyiblər, sonra baryerə çırpılıblar. Nəticədə hər iki bolid yararsız hala düşüb.Qeyd edək ki, bundan əvvəl Olli Kalduell (“Kampos”) və Amauri Kordell (“Van Amersfoort”) toqquşaraq treki tərk edib.***Azərbaycan Qran-prisində günün ilk qəzası baş verib.Xoşagəlməz hadisə “Formula-2” yarışında yaşanıb.Yarışın əvvəllərində Olli Kalduell (“Kampos”) ilə Amauri Kordell (“Van Amersfoort”) toqquşub. Bu səbəbdən hər iki pilot mübarizəni davam etdirə bilməyib.***İyunun 12-də Bakıda Formula 2 üzrə əsas yarışa start verilib.Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vuracaqlar.Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb.İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar. Estoniyalı pilot Y.Vips sıralanma turunda da birinci olub. Sıralanma turunda “Carlin” komandasının üzvü Liam Louson ikinci, “Prema Racing”in pilotu Dennis Hauqer üçüncü yeri tutublar. "ART Grand Prix" komandasının pilotu Frederik Vesti sprint yürüşündə fərqlənib. “Prema Racing”in üzvü Cehan Daruvala yarışı ikinci, Liam Louson (“Carlin”) isə üçüncü sırada tamamlayıblar.On dörd mərhələdən ibarət yarışa noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş beş yarışın nəticəsinə görə, pilotların siyahısına “MP Motorsport” komandasının üzvü Felipe Druqoviç 117 xalla başçılıq edir. Komandalar arasında isə “MP Motorsport” 139 xalla birincidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220612/azerbaycan-qran-prisinin-kuboku-susaya-hesr-olunub-442827167.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0c/442830963_71:0:778:530_1920x0_80_0_0_8c45797ca069a9614543d7f9848542d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"formula-2"
Formula 2: Qaliblər mükafatlandırıldı
12:35 12.06.2022 (Yenilənib: 13:10 12.06.2022) Formula 2 üzrə əsas yarışda 29 dövrənin yekununda “Prema Racing” komandasının pilotu Dennis Hauger bütün rəqiblərini qabaqlayıb.
BAKI, 12 iyun - Sputnik. Azərbaycan Qran-prisində növbəti mükafatlandırma mərasimi təşkil olunub.
“Formula-2” üzrə ikinci dəfə qaliblər mükafatlandırılıb.
Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Dennis Hauqer (“Prema”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Müvafiq olaraq 2-3-cü yerləri tutan Loqan Sarcent (“Karlin”) və Felipe Druqoviç (“MP Motorsport”), həmçinin 4-cü olan Yehan Daruvala (“Prema”) da kubokla mükafatlandırılıb.
Qeyd edək ki, dünən keçirilən sprint yarışının qalibi Frederik Vesti (“Art Grand Prix”) olub.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə əsas yarışın qalibi müəyyənləşib.
29 dövrənin yekununda “Prema Racing” komandasının pilotu Dennis Hauger bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, yarışa liderlik edən “Hitech Grand Prix” komandasının üzvü Yuri Vipsin bolidi qoruyucu səddə çırpıldığından o, mübarizəni davam etdirə bilməyib.
“Carlin” komandasının pilotu Logan Sargeant ikinci, “MP Motorsport”un sürücüsü Felipe Druqoviç üçüncü yeri tutub.
Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.
“Formula-2” üzrə Azərbaycan Qran-prisində ikinci qəza yaşanıb. Hadisə 12-ci döngədə baş verib.
Roy Nissani (“Dams”) və Cem Bölükbaşının (“Çaruz”) idarə etdiyi bolidlər əvvəlcə bir-birlərinə dəyiblər, sonra baryerə çırpılıblar. Nəticədə hər iki bolid yararsız hala düşüb.
Qeyd edək ki, bundan əvvəl Olli Kalduell (“Kampos”) və Amauri Kordell (“Van Amersfoort”) toqquşaraq treki tərk edib.
Azərbaycan Qran-prisində günün ilk qəzası baş verib.
Xoşagəlməz hadisə “Formula-2” yarışında yaşanıb.
Yarışın əvvəllərində Olli Kalduell (“Kampos”) ilə Amauri Kordell (“Van Amersfoort”) toqquşub. Bu səbəbdən hər iki pilot mübarizəni davam etdirə bilməyib.
İyunun 12-də Bakıda Formula 2 üzrə əsas yarışa start verilib.
Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vuracaqlar.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb.
İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar. Estoniyalı pilot Y.Vips sıralanma turunda da birinci olub. Sıralanma turunda “Carlin” komandasının üzvü Liam Louson ikinci, “Prema Racing”in pilotu Dennis Hauqer üçüncü yeri tutublar.
"ART Grand Prix" komandasının pilotu Frederik Vesti sprint yürüşündə fərqlənib. “Prema Racing”in üzvü Cehan Daruvala yarışı ikinci, Liam Louson (“Carlin”) isə üçüncü sırada tamamlayıblar.
On dörd mərhələdən ibarət yarışa noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş beş yarışın nəticəsinə görə, pilotların siyahısına “MP Motorsport” komandasının üzvü Felipe Druqoviç 117 xalla başçılıq edir. Komandalar arasında isə “MP Motorsport” 139 xalla birincidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.