Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Qran-prisinin kuboku Şuşaya həsr olunub

© Sputnik / Murad OrujovAzərbaycan Qran-prisi
Azərbaycan Qran-prisi - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.
BAKI, 12 iyun - Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub.
Yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovusması və "Şuşa ili" ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.
Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.
© Photo : Baku City CircutAzərbaycan Qran-prisinin kuboku
Представлен обновленный приз, который вручат победителю Гран-при Азербайджана Формулы 1, проходящего в эти дни в Бак - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Azərbaycan Qran-prisinin kuboku
Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış 4 kubokun ((pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku)üzərində mövcuddur. Qran-prinin rəsmi mükafatı həmçinin Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.
Mükafat bu gün final yarışından sonra qaliblərə veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0