https://sputnik.az/20220526/qarabagla-neftci-avropada-irelileyib-442270098.html
“Qarabağ”la “Neftçi” Avropada irəliləyib
“Qarabağ”la “Neftçi” Avropada irəliləyib
Sputnik Azərbaycan
Azərbaycan komandlarından Ağdamın "Qarabağ" futbol klubu 6, Bakının “Neftçi” klubu isə 24 pillə irəliləyib. 26.05.2022, Sputnik Azərbaycan
2022-05-26T22:49+0400
2022-05-26T22:49+0400
2022-05-27T00:07+0400
qarabağ
idman
"neftçi"
qarabağ fk
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439298132_0:0:2896:1629_1920x0_80_0_0_da531257500c097901e1912940b23c89.jpg
BAKI, 26 may — Sputnik. Avropanın top komandalarının reytinqi açıqlanıb.Siyahıda qitənin 450 ən güclü klubu yer alıb. APA-nın xəbərinə görə, artıq cədvəldə bir sıra dəyişikliklər baş verib.Azərbaycan bu reytinqdə üç komanda ilə təmsil olunub. Premyer Liqanın çempionu “Qarabağ” 183 xala malik olub. Ağdam klubu Avropada 80-ci yerdə qərarlaşıb. “Qarabağ” ötən cədvəllə müqayisədə 6 pillə irəliləyib.Çempionatın gümüş mükafatçısı “Neftçi” 24 pillə irəliləyib. Belə ki, Samir Abasovun komandası 33 xalla qitədə 217-cidir. Bürünc medal şansını son turda qaçıran “Qəbələ” 81 pillə geriləyərək 5 xalla 372-ci sırada qərarlaşıb.Qeyd edək ki, siyahıya 2081 xala malik “Real” başçılıq edir. Sonrakı yerdə qərarlaşan “Bavariya”nın 1695, “Liverpul”un 1645 xalı var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220518/uefa-prezidenti-realin-doqquz-cani-var-442026783.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439298132_165:0:2896:2048_1920x0_80_0_0_0b5ec3897de4b3d79036e4bebccc245c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, "neftçi", qarabağ fk
qarabağ, "neftçi", qarabağ fk
“Qarabağ”la “Neftçi” Avropada irəliləyib
22:49 26.05.2022 (Yenilənib: 00:07 27.05.2022) Azərbaycan komandlarından Ağdamın "Qarabağ" futbol klubu 6, Bakının “Neftçi” klubu isə 24 pillə irəliləyib.
BAKI, 26 may — Sputnik. Avropanın top komandalarının reytinqi açıqlanıb.
Siyahıda qitənin 450 ən güclü klubu yer alıb. APA-nın xəbərinə görə, artıq cədvəldə bir sıra dəyişikliklər baş verib.
Azərbaycan bu reytinqdə üç komanda ilə təmsil olunub. Premyer Liqanın çempionu “Qarabağ” 183 xala malik olub. Ağdam klubu Avropada 80-ci yerdə qərarlaşıb. “Qarabağ” ötən cədvəllə müqayisədə 6 pillə irəliləyib.
Çempionatın gümüş mükafatçısı “Neftçi” 24 pillə irəliləyib. Belə ki, Samir Abasovun komandası 33 xalla qitədə 217-cidir. Bürünc medal şansını son turda qaçıran “Qəbələ” 81 pillə geriləyərək 5 xalla 372-ci sırada qərarlaşıb.
Qeyd edək ki, siyahıya 2081 xala malik “Real” başçılıq edir. Sonrakı yerdə qərarlaşan “Bavariya”nın 1695, “Liverpul”un 1645 xalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.