Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA prezidenti: “Real”ın doqquz canı var”

© AP Photo / Manu Fernandez"Real" futbolçuları Kərim Benzema və Vinisius Junior
Real futbolçuları Kərim Benzema və Vinisius Junior - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yarımfinal oyunu barədə maraqlı fikir söyləyib.
BAKI, 18 may — Sputnik. “Real”ın yarımfinalda “Mançester Siti”ni məğlub edəcəyinə şübhə edirdim. Xüsusən də, ilk oyundakı məğlubiyyətdən sonra. Lakin deyəsən onların doqquz canı var”.
Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının final oyunu barədə fikir bildirərkən deyib.
Sloveniyalı futbol funksioneri yarımfinalda “Mançester Siti”ni üstələyən “Real” barədə maraqlı fikirlər səsləndirib: “Real” təcrübəli komandadır. Amma məncə, müdafiə xəttində problemləri var. Bununla belə, əllərində sehrli Kərim Benzema var. Mən onun layiq olduğu qiyməti almadığını düşünürəm. Luka Modriç isə yaşlandıqca yaxşılaşır”.
O, “Real”ın finaldakı rəqibi “Liverpul”u da yüksək qiymətləndirib: “Liverpul”un yaxşı heyəti, daha gənc oyunçuları var. Ancaq onların finallarda o qədər də böyük təcrübəsi yoxdur. Qalibi təxmin etməyəcəyəm, çünki adətən səhv edirəm. Proqnoz vermək mümkün deyil. İnanılmaz dərəcədə maraqlı final gözləyirik”.
Qeyd edək ki, “Liverpul” - “Real” oyunu mayın 28-də Fransada keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
UEFA prezidenti Aleksander Çeferin - Sputnik Azərbaycan, 1920, 11.05.2022
İDMAN
Aleksander Çeferin: "Superliqa layihəsi birdəfəlik başa çatdı"
Xəbər lenti
0