Şəhriyarın ikinci məğlubiyyəti: reytinqdə gerilədi

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidŞəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov  - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Abunə olmaq
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov artıq reytinqdə 19 xal itirib və 2751 göstərici ilə 13-cü yerə düşüb.
BAKI, 10 may — Sputnik. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Buxarestdə (Rumıniya) keçirilən Superbet Chess Classic turnirindəki uğursuzluqlar səbəbindən hazırkı dünya reytinqində mövqeyini itirməkdə davam edir.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.
37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın beşinci turunda qara fiqurlarla Fabiano Karuana ilə üz-üzə gəlib. Qarşılaşma 66-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb. Bu, Məmmədyarovun turnirdə ilk məğlubiyyəti deyil.
Azərbaycan təmsilçisi ilk turda Uesli Soya (ABŞ) uduzub, növbəti üç qarşılaşmada isə müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Danyel-Dayakla (Rumıniya) heç-heçə edib.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.
Beləliklə, beş turdan sonra Məmmədyarov artıq reytinqdə 19 xal itirib və 2751 göstərici ilə 13-cü yerə düşüb. Yeri gəlmişkən, yuxarıdakı sırada daha bir azərbaycanlı Teymur Rəcəbov (2753) var. Məmmədyarov Buxarest turnirinə dünya reytinqində yeddinci yerdən başlayıb.
Hazırkı dünya reytinq cədvəlinin ilk onluğu belədir: 1. Maqnus Karlsen (Norveç, 2864), 2. Dinq Liren (Çin, 2806), 3. Əlireza Firuzja (Fransa, 2795,6), 4. Fabiano Karuana (ABŞ, 2784,8), 5. Uesli So (ABŞ, 2776,3), 6. Yan Nepomniaxçi (Rusiya, 2771,3), 7. Riçard Rapport (Macarıstan, 2769,4), 8. Levon Aronyan (ABŞ, 2769, Aniş Giri) 9. Aniş Qiri Hollandiya, 2761), 10. Hikaru Nakamura (ABŞ, 2760).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şəhriyar Məmmədyarov - Sputnik Azərbaycan, 1920, 07.05.2022
İDMAN
Şəhriyar Məmmədyarov Fransa şahmatçısı ilə üz-üzə gələcək
Xəbər lenti
0