Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şəhriyar Məmmədyarov Fransa şahmatçısı ilə üz-üzə gələcək

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidŞəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Abunə olmaq
Məmmədyarov ilk turda Uesli Soya uduzub, növbəti görüşdə Riçard Rapportla heç-heçə edib, hazırda 0,5 xalla Alireza Firuzca ilə birlikdə 9-10-cu yerləri bölüşdürür.
BAKI, 7 may — Sputnik. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirəcək.
37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın üçüncü turunda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla qarşılaşacaq.
Qeyd edək ki, Məmmədyarov ilk turda Uesli Soya uduzub. O növbəti görüşdə Riçard Rapportla (Macarıstan) heç-heçə edib. Ş.Məmmədyarov hazırda 0,5 xalla Alireza Firuzca (Fransa) ilə birlikdə 9-10-cu yerləri bölüşdürür.
Qeyd edək ki, mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Xatırladaq ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şəhriyar Məmmədyarov - Sputnik Azərbaycan, 1920, 07.03.2022
İDMAN
Şəhriyar Məmmədyarov qrupda sonuncu görüşündə fransalı ilə qarşılaşacaq
Xəbər lenti
0