https://sputnik.az/20220307/sehriyar-memmedyarov-qrupda-sonuncu-gorusunde-fransali-ile-qarsilasacaq-439937065.html
Şəhriyar Məmmədyarov qrupda sonuncu görüşündə fransalı ilə qarşılaşacaq
Şəhriyar Məmmədyarov qrupda sonuncu görüşündə fransalı ilə qarşılaşacaq
Sputnik Azərbaycan
Bu gün Belqradda FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin 6-cı turunun oyunları keçiriləcək 07.03.2022, Sputnik Azərbaycan
2022-03-07T15:54+0400
2022-03-07T15:54+0400
2022-03-07T15:54+0400
şəhriyar məmmədyarov
idman
fide
qran pri
şahmat
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0d/426454391_0:0:2048:1153_1920x0_80_0_0_c54717a9aa8403317475deb71fb7ac9d.jpg
BAKI, 7 mart — Sputnik. Bu gün Belqradda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin 6-cı turunun oyunları keçiriləcək.Sputnik Azərbaycan xəbər verir ki, təmsilçimiz D qrupunda sonuncu görüşündə fransalı Maksim Vaşye-Laqravla qarşılaşacaq.Qeyd edək ki, Ş.Məmmədyarovun bundan əvvəlki bütün turlarda görüşlərində heç-heçə qeydə alınıb.Hazırda M.Vaşye-Laqrav 2,5 xalla qrupda liderdir. Hərəyə 2 xalı olan Ş.Məmmədyarov və Y.Yangyu (Çin) 2-3-cü yerləri bölüşdürürlər, rusiyalı Aleksandr Predke isə 1,5 xalla sonuncu pillədə qərarlaşıb.Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizənin nəticəsinə görə, qrup qalibləri yarımfinala vəsiqə qazanacaqlar.Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək.Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə əldə edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220301/fide-qran-prisi-sehriyar-memmedyarov-hec-heceye-razilasdi-439750115.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0d/426454391_228:0:2048:1365_1920x0_80_0_0_733c146ea5c87dfb223bc809654aa1d7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
şəhriyar məmmədyarov qrupda sonuncu görüşündə fransalı ilə qarşılaşacaq
şəhriyar məmmədyarov qrupda sonuncu görüşündə fransalı ilə qarşılaşacaq
Şəhriyar Məmmədyarov qrupda sonuncu görüşündə fransalı ilə qarşılaşacaq
Bu gün Belqradda FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin 6-cı turunun oyunları keçiriləcək
BAKI, 7 mart — Sputnik. Bu gün Belqradda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin 6-cı turunun oyunları keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, təmsilçimiz D qrupunda sonuncu görüşündə fransalı Maksim Vaşye-Laqravla qarşılaşacaq.
Qeyd edək ki, Ş.Məmmədyarovun bundan əvvəlki bütün turlarda görüşlərində heç-heçə qeydə alınıb.
Hazırda M.Vaşye-Laqrav 2,5 xalla qrupda liderdir. Hərəyə 2 xalı olan Ş.Məmmədyarov və Y.Yangyu (Çin) 2-3-cü yerləri bölüşdürürlər, rusiyalı Aleksandr Predke isə 1,5 xalla sonuncu pillədə qərarlaşıb.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizənin nəticəsinə görə, qrup qalibləri yarımfinala vəsiqə qazanacaqlar.
Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək.
Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə əldə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.