https://sputnik.az/20220506/prezident-kuboku--2022den-once-mohtesem-su-sousu-441708810.html
"Prezident Kuboku – 2022"dən öncə möhtəşəm su şousu
"Prezident Kuboku – 2022"dən öncə möhtəşəm su şousu
Sputnik Azərbaycan
Hazırkı turnir Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə işğaldan azad olunan torpaqlarda keçirilən ilk beynəlxalq yarışdır. 06.05.2022, Sputnik Azərbaycan
2022-05-06T14:56+0400
2022-05-06T14:56+0400
2022-05-06T15:12+0400
suqovuşan
işğaldan azad edilmiş ərazilər
idman
avarçəkmə federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441708784_0:0:1280:720_1920x0_80_0_0_442f1a935d77f5bdde7b59a7b0f8521b.jpg
BAKI, 6 may — Sputnik. İşğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr edilib. Turnirdə Azərbaycan təmsilçiləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan olan 100-dən çox idmançı iştirak edir.Yarışın ilk günündə Suqovuşan su anbarında kayak və kanoe qaliblər müəyyən ediləcək. Mayın 7-də Mingəçevirdə akademik avarçəkmə üzrə yarış keçiriləcək. "Prezident kuboku" beynəlxalq yarış atəşfəşanlıqla bitəcək."Prezident Kuboku – 2022"dən öncə Suqovuşan qəsəbəsində beynəlxalq kanoe və avarçəkmə yarışı olan su şousu baş tutub.Suqovuşan su anbarı üzərində iştirakçı ölkələr – Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Moldovanın bayraqları motorlu qayıqlar vasitəsilə nümayiş etdirilib.Həmçinin su şousu zamanı "Welcome to Azerbaijan!" ("Azərbaycana xoş gəlmisiniz!") və Heydər Əliyevin 99 illiyini əks etdirən pankart qaldırılıb.Qeyd edək ki, bu, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə işğaldan azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışıdır. Mayın 5-də "Prezident kuboku-2022" reqatasının rəsmi paradı təşkil edilib. Gürcüstan, Moldova, Türkiyə, Özbəkistan və Azərbaycan komandalarının üzvləri Mingəçevir şəhərində yürüş ediblər.İdmançıları böyük ölçüdə Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan könüllülərdən ibarət dəstə, Qarabağ atları üzərində milli geyimdə çaparlar və avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220506/prezident-kuboku-2022-reqatasi-baslanir-441700619.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441708784_177:0:1137:720_1920x0_80_0_0_e4241c61dd9ed725cfd86ae3656bcd71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
suqovuşan, işğaldan azad edilmiş ərazilər, avarçəkmə federasiyası
suqovuşan, işğaldan azad edilmiş ərazilər, avarçəkmə federasiyası
"Prezident Kuboku – 2022"dən öncə möhtəşəm su şousu
14:56 06.05.2022 (Yenilənib: 15:12 06.05.2022) Hazırkı turnir Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə işğaldan azad olunan torpaqlarda keçirilən ilk beynəlxalq yarışdır.
BAKI, 6 may — Sputnik. İşğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr edilib. Turnirdə Azərbaycan təmsilçiləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan olan 100-dən çox idmançı iştirak edir.
Yarışın ilk günündə Suqovuşan su anbarında kayak və kanoe qaliblər müəyyən ediləcək. Mayın 7-də Mingəçevirdə akademik avarçəkmə üzrə yarış keçiriləcək. "Prezident kuboku" beynəlxalq yarış atəşfəşanlıqla bitəcək.
"Prezident Kuboku – 2022"dən öncə Suqovuşan qəsəbəsində beynəlxalq kanoe və avarçəkmə yarışı olan su şousu baş tutub.
Suqovuşan su anbarı üzərində iştirakçı ölkələr – Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Moldovanın bayraqları motorlu qayıqlar vasitəsilə nümayiş etdirilib.
Həmçinin su şousu zamanı "Welcome to Azerbaijan!" ("Azərbaycana xoş gəlmisiniz!") və Heydər Əliyevin 99 illiyini əks etdirən pankart qaldırılıb.
Qeyd edək ki, bu, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə işğaldan azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışıdır. Mayın 5-də "Prezident kuboku-2022" reqatasının rəsmi paradı təşkil edilib. Gürcüstan, Moldova, Türkiyə, Özbəkistan və Azərbaycan komandalarının üzvləri Mingəçevir şəhərində yürüş ediblər.
İdmançıları böyük ölçüdə Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan könüllülərdən ibarət dəstə, Qarabağ atları üzərində milli geyimdə çaparlar və avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.