Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Prezident kuboku-2022” reqatası başlanır

Abunə olmaq
Mayın 5-də “Prezident kuboku-2022” reqatasının rəsmi paradı təşkil edilib. Gürcüstan, Moldova, Türkiyə, Özbəkistan və Azərbaycan komandalarının üzvləri Mingəçevir şəhərində yürüş ediblər.
BAKI, 6 may — Sputnik. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə işğaldan azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışına start verilir. Mayın 6-sı və 7-si Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Prezident Kuboku-2022” reqatası Tərtər rayonunun Suqovuşan qəsəbəsində start götürəcək.
Mayın 5-də “Prezident kuboku-2022” reqatasının rəsmi paradı təşkil edilib. Gürcüstan, Moldova, Türkiyə, Özbəkistan və Azərbaycan komandalarının üzvləri Mingəçevir şəhərində yürüş ediblər.
İdmançıları böyük ölçüdə Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan könüllülərdən ibarət dəstə, Qarabağ atları üzərində milli geyimdə çaparlar və avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib.
Yürüş iştirakçıları umummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər. Turnirin açılış mərasimi və ilk yarış günü Azərbaycanın dilbər guşələrindən olan, işğaldan azad edilən Suqovuşan qəsəbəsində olacaq.
Yüzdən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-sı Suqovuşan su anbarında avarçəkmənin kayak və kanoe növündə mübarizə aparacaqlar. Mayın 7-si isə Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0