https://sputnik.az/20220505/olkede-emeyi-en-cox-istismar-edilenler-mehz-yaradiciliqla-mesgul-olanlardir-441657811.html
Ölkədə əməyi ən çox istismar edilənlər məhz yaradıcılıqla məşğul olanlardır
Ölkədə əməyi ən çox istismar edilənlər məhz yaradıcılıqla məşğul olanlardır
Sputnik Azərbaycan
"Təəssüf ki, bizdə işçinin kim olması işəgötürəni maraqlandırmır. İşçidirsə, əzməli, bezdirməli, qanını qaraltmalısan. Çünki, sənin bir üstünlüyün, ağırlığın... 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T09:01+0400
2022-05-05T09:01+0400
2022-05-05T09:01+0400
yazarlar
iş rejimi
yaradıcılıq
rejim
əmək məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42359/65/423596548_0:17:2793:1588_1920x0_80_0_0_83899e8f13d93f4dd6144f67be55840e.jpg
BAKI, 5 may — Sputnik. Əməyimiz, gördüyümüz iş necə qiymətləndirilir? Saatlarla Bakının tıxaclarında itən vaxtımız, evə apardığımız işlər, işlə bağlı gün ərzində yazdığımız, cavablandırdığımız e-maillər, telefon zənglərimiz əməyin qiymətləndirilməsi zamanı nəzərə alınırmı? İl ərzində qanunun tələblərinə uyğun şəkildə ödənişli məzuniyyətimiz, istirahətimiz olurmu?Dəqiq bilirəm ki, yazı-pozu adamlarının, hətta ən yuxarı, yaxşı şəraiti olanların belə xoşbəxtliyi yoxdur. Üstəlik saatlarla tıxacda qalmaq, işlə bağlı digər məsələlər əməyin qiymətləndirilməsi zamanı nəzərə alınmır. Əksəriyyətimizin heç əmək müqaviləsi yoxdur və işimizi itirməmək üçün bunu tələb etmək ağlımızdan da keçmir. Xülasə, yuxarıdakı sualların cavabını mən bilmirəm, ancaq hökmən kimlərinsə bu suallara tutarlı və əsaslandırılmış cavabı olduğuna şübhə etmirəm. Hər halda bu sahədə ciddi boşluqlar var.***İşsizliyin yaratdığı çarəsizlik, işəgötürənin yanında işçinin dilini gödək edir. Hər kəs tapdığı işdən “dördəlli” yapışır, gün ərzində 8 saat əvəzinə 18 saat da işləməyi qəbul edir ki, evinə bir tikə çörək aparsın. Konkret redaksiyalarda işlədiyim vaxtlarda ən böyük problemim işə gecikmək idi. Sabahlar erkən qalxmağıma baxmayaraq, başım kompüterə, kitaba qarışır, həmişə son anda hövlnak özümü evdən bayıra atırdım. Sonra başlayırdı avtobusun gecikməsi, yolların tıxacı...Heç kəsə – nə sahibkara, nə baş redaktora, nə direktora izah edə bilmirdim ki, mənim məşğul olduğum iş sırf yaradıcı işdir, səhərin gözü açılmamış ofisdə olmağıma ehtiyac yoxdur. Dinləmirdilər... İzah edə bilmirdim ki, mənim oyaq olduğum bütün saatlar beynim sadəcə işlə məşğuldur. Yaradıcı işə yaradıcı yanaşma olmalıdır. Yaradıcı insanlarla işləyən şəxslər bütün bu detalları nəzərə almalıdır. Təəssüf ki, bizdə işçinin kim olması işəgötürəni maraqlandırmır. İşçidirsə, əzməli, bezdirməli, qanını qaraltmalısan. Çünki, sənin bir üstünlüyün, ağırlığın, sanbalın, o fağır işçidən ciddi fərqin var. Çünki sən müdirsən, direktorsan, baş redaktorsan, sahibkarsan... Bütün bunların haqqını verməli, tabeliyindəki işçinin gününü qara eləməlisən. Əksi mümkün deyil. Rəhbərin “zaftası”, despotluğu olmalıdır. Əməyin qiymətləndirilməsi məsələsi gündəmə gələndə, çiynini çəkib, “vallah imkan yoxdur” deməklə canını qurtara, özünü vəziyyətdən çıxara bilmirsənsə, işin dadı-duzu qalmır. İşəgötürən üçün qayğıkeşlik ayıb sayılır. İşçini əzməli, haqqını kəsməli, yeri gələndə istismar etməlisən.***Əmək Məcəlləsinə görə işəgötürənlər işçilər üçün münasib əmək şəraiti yaratmaq məqsədilə əməyə görə haqqın miqdarının, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsini, əməkhaqqının vaxtında ödənilməsini, sanitariya və gigiyena normalarına cavab verən iş yerinin formalaşdırılmasını təmin etməlidirlər. Ancaq yuxarıda sadaladıqlarım ancaq böyük və geniş imkanları olan şirkətlərdə, dövlət idarələrində mümkündür. Özəl sektorda “öz yağında qovrulan” şirkətlər, xüsusilə yaradıcı sahəni əhatə edən iş yerləri Əmək Məcəlləsinin tələblərini nəzərə almaq imkanına sahib deyil. Mətbuatda, nəşriyyat sektorunda çalışan yaradıcı insan eyni vaxtda 3-4 iş görməlidir ki, ayın sonunda ailəsinə bir tikə çörək aparsın. Ölkədə əməyi ən çox istismar edilənlər hamının düşündüyü kimi tikintidə, daş karxanasında işləyən fəhlələr deyil, məhz yaradıcılıqla məşğul olan insanlardır.***İşəgötürənlərin vəzifələrinə işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığortasının təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi və s. daxildir. Bir anlıq düşünün, hansı jurnalistin, redaktorun, korrektorun belə rahatlığı var? Mənəvi istismarı bir kənara qoyuram, sırf Əmək Məcəlləsinin tələbləri çərçivəsində əməyi qiymətləndirilən neçə jurnalist, müxbir, redaktor, korrektor var? Çox nadir, barmaqla sayılacaq qədər iş yerlərində yaradıcı iş, yaradıcılıqla məşğul olan insanın gördüyü iş normal, Əmək Məcəlləsi çərçivəsində qiymətləndirilir.***Yazdığımız və ya tərcümə etdiyimiz yazılara, tərcümə, redaktə, korrektə etdiyimiz kitablara görə, dəvət aldığımız radio, televiziya proqramlarına görə aldığımız qonarar hansı meyarlarla müəyyənləşir? Ümumiyyətlə qonarar məsələsi tənzimlənirmi? Təbii ki, hər kəs imkanına, müəssisənin qazancına uyğun bir məbləğ təklif edir. Sən də məcburiyyətdən bu təkliflə razılaşırsan. Bəli, qonararın müəyyənləşdirilməsi və ödənilməsi ilə bağlı da kifayət qədər ciddi boşluqlar var. Hələ yaradıcılıq məhsulumuz olan yazıların, hekayələrin, esselərin, köşə yazılarının, şeirlərin, mahnı mətnlərinin qiymətləndirilməsindən danışmağa dəyməz.***Əmək məcəlləsinə əsasən işəgötürən heç bir halda işçiyə əmək şəraiti ilə bağlı minimal tələblərdən aşağı şərtlər müəyyən edə bilməz. Amma minimal tələblərdən qat-qat aşağı şərtlərdə çalışan insanların sayı-hesabı yoxdur. Halbuki işçi özü xahiş etsə belə, işçi üçün minimal əmək şəraiti tələblərindən aşağı şərtlər müəyyən edilməsinə əmək qanunvericiliyi icazə vermir.***Gördüyüm və bildiyim qədər gecə klubunda, barda, PUB-da çalışan barmenin, restoranda, kafedə çalışan aşpazın, süfrəçinin, mağazada 10-12 saat ayaq üstə dayanan satıcının, tikintidə işləyən fəhlənin, avtobus sürücüsün də iş şəraiti qanunvericiliyin minimal tələblərindən aşağı şərtlərdir. Ümumiyyətlə nadir istisnaları çıxsaq, əməyin qiymətləndirilməsi və iş şəraiti sahəsində biyabırçılıqdır. Xüsusilə özəl sektorda əməlli-başlı anarxiyadır. Hər kəs kefinə görə davranır.Məncə, əməyin istismarı dünyada ən qeyri-humanis, iyrənc addımlardan biridir. Mənim öz iş şəraitimlə bağlı xüsusi gileyim, narazılığım yoxdur, çünki mənim heç konkret iş yerim də yoxdur.İllərlə mübarizə aparandan sonra şəxsimə qarşı bu cür yanaşmanı sərgiləyən yerdə bir dəqiqə də dayanmıram. Məcburiyyətdən 14-16 saat işləməyim isə, öz seçimimdir. Başqa cür yaşamaq, övlad böyütmək və minimal tələbatı ödəmək mümkün deyil...Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220420/usaqlari-tekbasina-8-yasadek-boyuden-atalar-pensiyaya-tez-cixa-bilecek-441218079.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42359/65/423596548_62:0:2793:2048_1920x0_80_0_0_22fbb0cd7770eb1fde9e7bee4f712498.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
iş rejimi, yaradıcılıq, rejim, əmək məcəlləsi
iş rejimi, yaradıcılıq, rejim, əmək məcəlləsi
Ölkədə əməyi ən çox istismar edilənlər məhz yaradıcılıqla məşğul olanlardır
"Təəssüf ki, bizdə işçinin kim olması işəgötürəni maraqlandırmır. İşçidirsə, əzməli, bezdirməli, qanını qaraltmalısan. Çünki, sənin bir üstünlüyün, ağırlığın, sanbalın, o fağır işçidən ciddi fərqin var. Sən müdirsən, direktorsan, baş redaktorsan, sahibkarsan..."
BAKI, 5 may — Sputnik. Əməyimiz, gördüyümüz iş necə qiymətləndirilir? Saatlarla Bakının tıxaclarında itən vaxtımız, evə apardığımız işlər, işlə bağlı gün ərzində yazdığımız, cavablandırdığımız e-maillər, telefon zənglərimiz əməyin qiymətləndirilməsi zamanı nəzərə alınırmı? İl ərzində qanunun tələblərinə uyğun şəkildə ödənişli məzuniyyətimiz, istirahətimiz olurmu?
Dəqiq bilirəm ki, yazı-pozu adamlarının, hətta ən yuxarı, yaxşı şəraiti olanların belə xoşbəxtliyi yoxdur. Üstəlik saatlarla tıxacda qalmaq, işlə bağlı digər məsələlər əməyin qiymətləndirilməsi zamanı nəzərə alınmır. Əksəriyyətimizin heç əmək müqaviləsi yoxdur və işimizi itirməmək üçün bunu tələb etmək ağlımızdan da keçmir. Xülasə, yuxarıdakı sualların cavabını mən bilmirəm, ancaq hökmən kimlərinsə bu suallara tutarlı və əsaslandırılmış cavabı olduğuna şübhə etmirəm. Hər halda bu sahədə ciddi boşluqlar var.
İşsizliyin yaratdığı çarəsizlik, işəgötürənin yanında işçinin dilini gödək edir. Hər kəs tapdığı işdən “dördəlli” yapışır, gün ərzində 8 saat əvəzinə 18 saat da işləməyi qəbul edir ki, evinə bir tikə çörək aparsın. Konkret redaksiyalarda işlədiyim vaxtlarda ən böyük problemim işə gecikmək idi. Sabahlar erkən qalxmağıma baxmayaraq, başım kompüterə, kitaba qarışır, həmişə son anda hövlnak özümü evdən bayıra atırdım. Sonra başlayırdı avtobusun gecikməsi, yolların tıxacı...
Heç kəsə – nə sahibkara, nə baş redaktora, nə direktora izah edə bilmirdim ki, mənim məşğul olduğum iş sırf yaradıcı işdir, səhərin gözü açılmamış ofisdə olmağıma ehtiyac yoxdur. Dinləmirdilər... İzah edə bilmirdim ki, mənim oyaq olduğum bütün saatlar beynim sadəcə işlə məşğuldur. Yaradıcı işə yaradıcı yanaşma olmalıdır. Yaradıcı insanlarla işləyən şəxslər bütün bu detalları nəzərə almalıdır. Təəssüf ki, bizdə işçinin kim olması işəgötürəni maraqlandırmır. İşçidirsə, əzməli, bezdirməli, qanını qaraltmalısan. Çünki, sənin bir üstünlüyün, ağırlığın, sanbalın, o fağır işçidən ciddi fərqin var. Çünki sən müdirsən, direktorsan, baş redaktorsan, sahibkarsan... Bütün bunların haqqını verməli, tabeliyindəki işçinin gününü qara eləməlisən. Əksi mümkün deyil. Rəhbərin “zaftası”, despotluğu olmalıdır. Əməyin qiymətləndirilməsi məsələsi gündəmə gələndə, çiynini çəkib, “vallah imkan yoxdur” deməklə canını qurtara, özünü vəziyyətdən çıxara bilmirsənsə, işin dadı-duzu qalmır. İşəgötürən üçün qayğıkeşlik ayıb sayılır. İşçini əzməli, haqqını kəsməli, yeri gələndə istismar etməlisən.
Əmək Məcəlləsinə görə işəgötürənlər işçilər üçün münasib əmək şəraiti yaratmaq məqsədilə əməyə görə haqqın miqdarının, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsini, əməkhaqqının vaxtında ödənilməsini, sanitariya və gigiyena normalarına cavab verən iş yerinin formalaşdırılmasını təmin etməlidirlər. Ancaq yuxarıda sadaladıqlarım ancaq böyük və geniş imkanları olan şirkətlərdə, dövlət idarələrində mümkündür. Özəl sektorda “öz yağında qovrulan” şirkətlər, xüsusilə yaradıcı sahəni əhatə edən iş yerləri Əmək Məcəlləsinin tələblərini nəzərə almaq imkanına sahib deyil. Mətbuatda, nəşriyyat sektorunda çalışan yaradıcı insan eyni vaxtda 3-4 iş görməlidir ki, ayın sonunda ailəsinə bir tikə çörək aparsın. Ölkədə əməyi ən çox istismar edilənlər hamının düşündüyü kimi tikintidə, daş karxanasında işləyən fəhlələr deyil, məhz yaradıcılıqla məşğul olan insanlardır.
İşəgötürənlərin vəzifələrinə işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığortasının təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi və s. daxildir. Bir anlıq düşünün, hansı jurnalistin, redaktorun, korrektorun belə rahatlığı var? Mənəvi istismarı bir kənara qoyuram, sırf Əmək Məcəlləsinin tələbləri çərçivəsində əməyi qiymətləndirilən neçə jurnalist, müxbir, redaktor, korrektor var? Çox nadir, barmaqla sayılacaq qədər iş yerlərində yaradıcı iş, yaradıcılıqla məşğul olan insanın gördüyü iş normal, Əmək Məcəlləsi çərçivəsində qiymətləndirilir.
Yazdığımız və ya tərcümə etdiyimiz yazılara, tərcümə, redaktə, korrektə etdiyimiz kitablara görə, dəvət aldığımız radio, televiziya proqramlarına görə aldığımız qonarar hansı meyarlarla müəyyənləşir? Ümumiyyətlə qonarar məsələsi tənzimlənirmi? Təbii ki, hər kəs imkanına, müəssisənin qazancına uyğun bir məbləğ təklif edir. Sən də məcburiyyətdən bu təkliflə razılaşırsan. Bəli, qonararın müəyyənləşdirilməsi və ödənilməsi ilə bağlı da kifayət qədər ciddi boşluqlar var. Hələ yaradıcılıq məhsulumuz olan yazıların, hekayələrin, esselərin, köşə yazılarının, şeirlərin, mahnı mətnlərinin qiymətləndirilməsindən danışmağa dəyməz.
Əmək məcəlləsinə əsasən işəgötürən heç bir halda işçiyə əmək şəraiti ilə bağlı minimal tələblərdən aşağı şərtlər müəyyən edə bilməz. Amma minimal tələblərdən qat-qat aşağı şərtlərdə çalışan insanların sayı-hesabı yoxdur. Halbuki işçi özü xahiş etsə belə, işçi üçün minimal əmək şəraiti tələblərindən aşağı şərtlər müəyyən edilməsinə əmək qanunvericiliyi icazə vermir.
Gördüyüm və bildiyim qədər gecə klubunda, barda, PUB-da çalışan barmenin, restoranda, kafedə çalışan aşpazın, süfrəçinin, mağazada 10-12 saat ayaq üstə dayanan satıcının, tikintidə işləyən fəhlənin, avtobus sürücüsün də iş şəraiti qanunvericiliyin minimal tələblərindən aşağı şərtlərdir. Ümumiyyətlə nadir istisnaları çıxsaq, əməyin qiymətləndirilməsi və iş şəraiti sahəsində biyabırçılıqdır. Xüsusilə özəl sektorda əməlli-başlı anarxiyadır. Hər kəs kefinə görə davranır.
Məncə, əməyin istismarı dünyada ən qeyri-humanis, iyrənc addımlardan biridir. Mənim öz iş şəraitimlə bağlı xüsusi gileyim, narazılığım yoxdur, çünki mənim heç konkret iş yerim də yoxdur.
İllərlə mübarizə aparandan sonra şəxsimə qarşı bu cür yanaşmanı sərgiləyən yerdə bir dəqiqə də dayanmıram. Məcburiyyətdən 14-16 saat işləməyim isə, öz seçimimdir. Başqa cür yaşamaq, övlad böyütmək və minimal tələbatı ödəmək mümkün deyil...
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.