Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kriştianu Ronaldu "Real Madrid"ə qayıdır?

© © TT News Agency/ Janerik Henriksson via REUTERSКриштиану Роналду, фото из архива
Криштиану Роналду, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Abunə olmaq
İngiltərənin "Mançester Yunayted" klubu portuqaliyalı hücumçu Kriştianu Ronaldunun transferində maraqlıdır.
BAKI, 1 may - Sputnik. İngiltərənin "Mançester Yunayted" komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu "Real Madrid"ə qayıda bilər.
Bu barədə “Mirror” nəşri məlumat yayıb. Bildirilir ki, “kral” klubu Ronaldunun transferində maraqlıdır. Bir gün əvvəl mediada Kriştianonun Madridə mümkün qayıdışı ilə bağlı məlumat yayılmışdı.
Qeyd edək ki, Ronaldu 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib.
Bi müddət əvvəl yayılan məlumatlara görə, Ronaldu cari mövsümün sonunda İngiltərənin "Mançester Yunayted" klubundan ayrıla bilər.
Mançester təmsilçisinin rəhbərliyi portuqaliyalı hücumçunun davranışından və çıxışından narazıdır. Bu səbəbdən 37 yaşlı forvardın göndərilməsi gündəmdədir.
Son qərarı klubun ortaq sahibi Coel Qleyzer və idarə heyəti verəcək.
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kriştianu Ronaldu - Sputnik Azərbaycan, 1920, 10.04.2022
İDMAN
Kriştianu Ronaldunun hərəkətləri "Mançester Yunayted"i təngə gətirib
Xəbər lenti
0