Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kriştianu Ronaldunun hərəkətləri "Mançester Yunayted"i təngə gətirib

© REUTERS / CARL RECINEKriştianu Ronaldu
Kriştianu Ronaldu - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
"Mançester Yunayted" klubunun rəhbərliyi portuqaliyalı hücumçunun davranışından və çıxışından narazıdır.
BAKI, 10 aprel - Sputnik. Portuqaliyalı millisinin futbolçusu Kriştianu Ronaldu cari mövsümün sonunda İngiltərənin "Mançester Yunayted" klubundan ayrıla bilər.
Mançester təmsilçisinin rəhbərliyi portuqaliyalı hücumçunun davranışından və çıxışından narazıdır. Bu səbəbdən 37 yaşlı forvardın göndərilməsi gündəmdədir.
Son qərarı klubun ortaq sahibi Coel Qleyzer və idarə heyəti verəcək.
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Britaniya polisi Kriştiano Ronaldonun iştirakı ilə baş vermiş insidentə dair araşdırmalara başlayıb.

Belə ki, “Mançester Yunayted” klubu Liverpul təmsilçisi “Everton”a 0:1 hesabı ilə uduzub.

Baş tutan oyundan sonra məğlubiyyətə əsəbiləşən Ronaldo tribuna otağına yollanarkən azarkeşlərdən birinin uzatdığı telefonu əli ilə vurub.

Daha sonra portuqaliyalı davranışına görə üzr istəyib və azarkeşi “Old Trafford”da baş tutacaq ev oyununa dəvət edib.

Futbolçunun etdiyi hərəkət səbəbindən dispraksiyadan əziyyət çəkən şəxsin 14 yaşlı Ceykob Hardinq olduğu üzə çıxıb.

Uşağın anası oğlunun şoka düşdüyünü və əsəbiləşdiyini, baş verən bu hadisənin onu yenidən futbol matçlarına getməkdən çəkindirdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0