https://sputnik.az/20220428/azerbaycan-ve-rusiya-doyusculerini-ufc-de-niye-gormek-istemirler-441479994.html
Azərbaycan və Rusiya döyüşçülərini UFC-də niyə görmək istəmirlər?
Azərbaycan və Rusiya döyüşçülərini UFC-də niyə görmək istəmirlər?
Sputnik Azərbaycan
Azərbaycanın peşəkar MMA Federasiyasının rəhbəri yetirməsinin nə üçün ABŞ-dan təklif gözləmədiyini və Moskvada döyüşmək qərarına gəldiyini açıqlayıb. 28.04.2022, Sputnik Azərbaycan
2022-04-28T08:09+0400
2022-04-28T08:09+0400
2022-04-28T08:09+0400
idman
idman
ufc
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/08/03/424590505_0:285:3072:2013_1920x0_80_0_0_fa318f7e6d164d9c78a2279c8d74bf08.jpg
BAKI, 28 aprel — Sputnik. Azərbaycan və Rusiyadan olan qarışıq döyüş növləri (MMA) döyüşçüləri öz səviyyələrinə görə Ultimate Fighting Championship (UFC) idmançılarından heç də aşağı deyil, hətta üstündürlər. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycanın Peşəkar MMA Federasiyasının prezidenti Şəhriyar Abbasov deyib.Son vaxtlar federasiya rəhbəri AMC Fight Nights-ın yüngül çəkidə çempionluq kəmərinin sahibi olan yetirməsi Nəriman Abbasovun bu təşkilatın himayəsi altında çıxışı ilə bağlı UFC ilə danışıqlar aparır. Lakin Şəhriyar Abbasovun sözlərinə görə, UFC ilə danışıqlar dalana dirənib."İndi MDB ölkələrindən çoxlu sayda döyüşçü, o cümlədən Nəriman Abbasov UFC-yə düşə bilmir. Daha doğrusu, onlar bizə bildirdilər ki, hazırda Nəriman üçün boş yer yoxdur", - deyə Abbasov bildirib.Nəticədə, UFC ilə münasibətlərdəki qeyri-müəyyənlik səbəbindən seçim yenidən döyüş üçün müqavilə təklif edən və döyüşün dəqiq tarixini açıqlayan AMC Fight Nights-ın xeyrinə həll edilib. Azərbaycanlı döyüşçü çempionluq kəmərinin növbəti müdafiəsi döyüşünü iyunun 10-da Moskvada dağıstanlı döyüşçü Marif Pirayevə qarşı keçirəcək.Üstəlik, Şəhriyar Abbasov hesab edir ki, ən prestijli döyüş promoşeninə çıxmaq üçün yolları bağlanan dağıstanlı döyüşçülər səviyyə baxımından UFC döyüşçülərindən daha üstündürlər."Rusiyada, məsələn, Şamil Zavurov kimi güclü döyüşçüləri məğlub etmək UFC-dən olan amerikalılara müqavimət göstərməkdən qat-qat çətindir. Dağıstanda motivasiyalı və çox güclü oğlanlar çoxdur. Orada böyük rəqabət var. Yəni, Azərbaycan və Rusiya döyüşçüləri UFC-də yarışıb orada çox rahat qalib gələ bilərlər", - deyə Abbasov bildirib.O, həmçinin, hesab edir ki, adı çəkilən Amerika təşkilatı MDB-dən olan döyüşçüləri öz sıralarına dəvət etməyə elə də həvəs göstərmir."Mən bilirəm ki, postsovet məkanından çox yaxşı oğlanlar UFC-yə dəvət edilmir, çünki əks halda turnir MDB çempionatına çevriləcək və bu halda yarışlar Amerika auditoriyası üçün öz cəlbediciliyini itirəcək", - deyə Abbasov bildirib.Nümunə kimi o, ABŞ-a viza verilməyən rusiyalı döyüşçü Zabit Maqomedşaripovun başına gələnləri göstərib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211015/ufc-de-ilk-azerbaycanli-qirgizistan-ucun-cixis-etmekden-imtina-edib-434253485.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/03/424590505_341:0:3072:2048_1920x0_80_0_0_773d7be606269620a5dfc39c34499b05.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
idman, ufc, azərbaycan
Azərbaycan və Rusiya döyüşçülərini UFC-də niyə görmək istəmirlər?
Azərbaycanın peşəkar MMA Federasiyasının rəhbəri yetirməsinin nə üçün ABŞ-dan təklif gözləmədiyini və Moskvada döyüşmək qərarına gəldiyini açıqlayıb.
BAKI, 28 aprel — Sputnik. Azərbaycan və Rusiyadan olan qarışıq döyüş növləri (MMA) döyüşçüləri öz səviyyələrinə görə Ultimate Fighting Championship (UFC) idmançılarından heç də aşağı deyil, hətta üstündürlər. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycanın Peşəkar MMA Federasiyasının prezidenti Şəhriyar Abbasov deyib.
Son vaxtlar federasiya rəhbəri AMC Fight Nights-ın yüngül çəkidə çempionluq kəmərinin sahibi olan yetirməsi Nəriman Abbasovun bu təşkilatın himayəsi altında çıxışı ilə bağlı UFC ilə danışıqlar aparır. Lakin Şəhriyar Abbasovun sözlərinə görə, UFC ilə danışıqlar dalana dirənib.
"İndi MDB ölkələrindən çoxlu sayda döyüşçü, o cümlədən Nəriman Abbasov UFC-yə düşə bilmir. Daha doğrusu, onlar bizə bildirdilər ki, hazırda Nəriman üçün boş yer yoxdur", - deyə Abbasov bildirib.
Nəticədə, UFC ilə münasibətlərdəki qeyri-müəyyənlik səbəbindən seçim yenidən döyüş üçün müqavilə təklif edən və döyüşün dəqiq tarixini açıqlayan AMC Fight Nights-ın xeyrinə həll edilib. Azərbaycanlı döyüşçü çempionluq kəmərinin növbəti müdafiəsi döyüşünü iyunun 10-da Moskvada dağıstanlı döyüşçü Marif Pirayevə qarşı keçirəcək.
"Fight Nights-da bizə konkret müqavilə göndərdilər. Biz oturub Nərimanın UFC-yə dəvət olunmasını gözləyə bilmərik. Ona görə də nisyəni rədd edib, nağd olana üstünlük verdik", - deyə federasiyanın prezidenti bildirib.
Üstəlik, Şəhriyar Abbasov hesab edir ki, ən prestijli döyüş promoşeninə çıxmaq üçün yolları bağlanan dağıstanlı döyüşçülər səviyyə baxımından UFC döyüşçülərindən daha üstündürlər.
"Rusiyada, məsələn, Şamil Zavurov kimi güclü döyüşçüləri məğlub etmək UFC-dən olan amerikalılara müqavimət göstərməkdən qat-qat çətindir. Dağıstanda motivasiyalı və çox güclü oğlanlar çoxdur. Orada böyük rəqabət var. Yəni, Azərbaycan və Rusiya döyüşçüləri UFC-də yarışıb orada çox rahat qalib gələ bilərlər", - deyə Abbasov bildirib.
O, həmçinin, hesab edir ki, adı çəkilən Amerika təşkilatı MDB-dən olan döyüşçüləri öz sıralarına dəvət etməyə elə də həvəs göstərmir.
"Mən bilirəm ki, postsovet məkanından çox yaxşı oğlanlar UFC-yə dəvət edilmir, çünki əks halda turnir MDB çempionatına çevriləcək və bu halda yarışlar Amerika auditoriyası üçün öz cəlbediciliyini itirəcək", - deyə Abbasov bildirib.
Nümunə kimi o, ABŞ-a viza verilməyən rusiyalı döyüşçü Zabit Maqomedşaripovun başına gələnləri göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.