Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı futbolçu Xorvatiyanın rəmzi komandasına daxil olub

© Photo : Facebook / Qarabağ FK / Ahmed MukhtarMahir Əmrəli
Mahir Əmrəli  - Sputnik Azərbaycan, 1920, 18.04.2022
Abunə olmaq
Futbol üzrə milli komandanın hücumçusu Mahir Əmrəli Xorvatiya çempionatında çıxış etdiyi ikinci oyunda ardıcıl olaraq qol vurub.
BAKI, 18 aprel — Sputnik. Azərbaycan milli futbol komandasının hücumçusu Mahir Əmrəli Xorvatiyanın titullu komandasına daxil olub.
Xorvatiya çempionatının 31-ci turu çərçivəsində azərbaycanlı futbolçunun çıxış etdiyi Zaqreb "Dinamo"su "İstra" klubu ilə qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb.
Əmrəli qollarından birini ikinci hissədə və 50-ci dəqiqədə vurub. Bundan əlavə, Mislav Orsiç "Dinamo"nun heyətində dubla imza atıb. Nəticədə azərbaycanlı futbolçu komanda yoldaşı ilə birlikdə Xorvatiya çempionatının 31-ci turunun rəmzi komandasına daxil olub.
Qeyd edək ki, Əmrəli Xorvatiya çempionatında çıxış etdiyi ikinci oyunda ardıcıl olaraq qol vurub. Əvvəlki turda o, komandasının "Rieki" klubuna qarşı iki qoldan birini vurmağa müvəffəq olub (2:1).
Xorvatiyanın "Dinamo" klubu 66 xalla turnir cədvəlində liderliyini davam etdirir. "Osiek" klubu 2 xalla geri qalır, "Hayduk" isə 59 xalla 3-cü yerdə qərarlaşıb. Eyni zamanda, "Dinamo"nun nun daha bir ehtiyat oyunu var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Canni De Byazi  - Sputnik Azərbaycan, 1920, 07.04.2022
İDMAN
Azərbaycanın futbol yığmasının baş məşqçisi komandasını təhqir edib?
Xəbər lenti
0