Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın futbol yığmasının baş məşqçisi komandasını təhqir edib?

© REUTERS / MARKO DJURICACanni De Byazi
Canni De Byazi  - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Abunə olmaq
Azərbaycanın futbol yığmasının baş məşqçisi Canni De Byazi deyib ki, o, heç vaxt rəhbərlik etdiyi komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməyib.
BAKI, 7 aprel — Sputnik. Azərbaycanın futbol yığmasının baş məşqçisi Canni De Byazi rəhbərlik etdiyi komandanı qorxaq adlandırıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məşqçi İtaliya mediasına müsahibəsində deyib.
O, Azərbaycan yığmasında güclü xarakter probleminin olduğunu bildirib: “Başqa bir problem xasiyyətlə bağlıdır. Daim məğlub olursansa, buna boyun əyməli deyilsən, daha çox qətiyyət nümayiş etdirməli, qürurlu olmalısan".
Baş məşqçi vurğulayıb ki, hələlik bu istiqamətdə komandaya təsir edə bilmir: "Hələ ki, buna təsir edə, öz ruhumu qorxaq komandaya ötürə bilmirəm”.
Lakin bu gün baş məşqçi belə fikirlər səsləndirmədiyini iddia edib, bildirib ki, heç vaxt rəhbərlik etdiyi komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməyib. O, bunu mümkünsüz adlandırıb.
Qeyd edək ki, baş məşqçinin İtaliya mediasına verdiyi müsahibədən götürülən bir hissədə onun Azərbaycan yığmasını qorxaq adlandırdığı fikri həqiqətən də əksini tapıb. Məşqçinin italyan mediasına verdiyi müsahibənin tam mətni ilə daha ətraflı bu linkdən tanış olmaq mümkündür.
Qeyd edək ki, yığmamızı qorxaq adlandıran, millimizi məğlubiyyətdən məğlubiyyətə sürükləyən AFFA ilə Canni De Byazi arasında müqavilə 30 iyul 2020-ci il tarixində bağlanıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.
Xatırladaq ki, Canni De Byazi ötən ilin noyabrında Azərbaycanla Qətər arasında baş tutan yoldaşlıq görüşü öncəsi keçirilən mətbuat konfransında bildirmişdi ki, bu, onun Azərbaycan yığmasının baş məşqçisi kimi sonuncu mətbuat konfransı ola bilər. Lakin bundan sonra AFFA Canni De Byazi ilə müqaviləni 2022-ci ilin oktyabrınadək uzadıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0