https://sputnik.az/20220416/kende-qayitmaq-ucun-7-sebeb-441146041.html
Kəndə qayıtmaq üçün 7 səbəb
Kəndə qayıtmaq üçün 7 səbəb
Sputnik Azərbaycan
Kənd yerində isə həyətdə iş güc-var, torpağı belləməlisən, arabir də at belinə qalxmalısan... 16.04.2022, Sputnik Azərbaycan
2022-04-16T09:01+0400
2022-04-16T09:01+0400
2022-04-16T09:01+0400
yazarlar
kənd
şəhər
https://cdnn1.img.sputnik.az/img/41158/28/411582888_0:80:1224:769_1920x0_80_0_0_a0ff6b5f368c113fe7737dee7f11bcf8.jpg
BAKI, 16 aprel — Sputnik. Bəzən elə düşünürük ki, kənddə insanların işi-gücü qurtarımır. Əslində isə su, işıq və qazla təchiz olunmuş kənd insanının işi bu gün çox deyil. Əgər dünən nənələrimiz çörək bişirmək üçün təzək yığmalı, təndir qalamalı, xəmir edib yuxa salmalı idisə, indi daha rahat çörək bişirən aparatlar bu işi şəhərdə olduğu kimi, kənd sakini üçün də rahatlaşdırıb. Və ya kəndin o biri başından, bulaqdan uzunqulaqla su gətirmək dövrü də bitib, bulaq suyu artıq qapıya axır.Qarabağın azad olunmasından sonra Böyük Qayıdışa hazırlaşdığımız bu günlərdə məcburi köçkün ailələrində kəndə qayıdıb necə yaşamaqla bağlı suallar müzakirə olunur. Tarixi qələbə qazanılıb, ədalət bərqərar olub. Bu, birinci mərhələ idi. İndi ikinci mərhələ - bərpa prosesi davam edir. Üçüncü mərhələ isə insanların bu yerlərə köçməsi, məskunlaşması və reinteqrasiya prosesi olacaq.Kəndlərə qayıtmaq, orda yaşamaq üçün çoxlu səbəblər var. Bu, təkcə Qarabağa və ya Şərqi Zəngəzura aid deyil. Qubanın Haput kəndinə də aiddir, Astaranın Kakalos kəndinə də, elə Ordubadın Yuxarı Əndəmic kəndinə də və s.Bu mövzuya keçməzdən əvvəl, insanların iş-gücü mövzusundan çox uzaqlaşmamış, ibtidai insanlarla müasir insanın iş yükü arasında Yuval Noh Hararinin “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabından bir parçanı diqqətinizə çatdırım:“Bugünkü zəngin cəmiyyətlərdə insanlar həftədə 40-45 saat, inkişaf etməkdə olan ölkələrdə 60 saat, hətta bəzən 80 saat işləyərkən, bu gün dünyanın ən sərt iqlimə malik yerlərində - məsələn, Kalahari səhrasında yaşayan ovçu-toplayıcılar orta hesabla həftədə sadəcə 35-45 saat işləyirdi. Üç gündən bir ova çıxır, yığım işinə isə gündə sadəcə 3-6 saat vaxt ayırırdılar. Bu, normal şərtlərdə insan qrupunu qida ilə təmin etmək üçün kifayət edirdi. Kalahari səhrasından daha münbit yerlərdə yaşayan ovçu-toplayıcılar isə qida və xam material toplamaq üçün, yəqin ki, bundan daha az vaxt sərf edirdi. Üstəlik, ovçu-toplayıcıların ev işləri də az idi. Yuyulmalı qabları, süpürməli xalçaları, silinməli döşəmələri, dəyişdirilməli bezləri və ödənilməli kreditləri yox idi”.Qayıdaq, böyük qayıdışa – daha doğrusu, kəndə qayıtmaq üçün 7 səbəbə.Biznes potensialıİş üçün şəhərə can atanlar çemodanlarını yığıb geri qayıda bilərlər. Xüsusilə Qarabağ bölgəsində quruculuq işləri yeni iş yerləri deməkdir, bərpadan sonra isə əla biznes mühiti yaranacaq. Pulun, təşəbbüskarlığın varsa, biznes qur, - yox, bu iş sənlik deyilsə, digər işlər də nə qədər desən... İqtisadi fəallığın artması ilə, turizmin, iaşə və digər xidmətlərin meydana çıxması ilə kəndlərdə həyat qaynayacaq.Ərzaq təhlükəsizliyiMarketdə ağartı məhsullarının qiyməti qalxıb, dünən 3 manata aldığın südü vitrində 3.30-a gördün? Yoxsa soğanın qiymətindəki artımdan pəjmürdə olmusan?!Amma kənddə yaşasan, bunların sənə isti-soyuğu olmayacaq. Soğan həyətdə bitəcək, ağartı məhsullarının camış verəcək. Və broyler toyuğunun ümidinə qalmayacaqsan. Ərzaq məhsullarının qiymətlərindəki tərəddüd və ya qıtlıq səni yalnız bir vətəndaş kimi narahat edə bilər, soyuducunda bunu hiss etməyəcəksən. Düzdür, indi heç şəhərdə də hansısa məhsul qıtlığı yaşanmır, ancaq dünyadakı böhranı görürük. Mart ayında dünya ərzaq qiymətləri 1990-cı ildəki rekord səviyyəyə çatıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, ət rekord qiymətdə - 120 bənd bahalaşıb. Mart ayında donuz ətinin qiymətlərində 1995-ci ildən bəri ən sürətli aylıq artım qeydə alınıb. Qiymət daha çox ona görə artır ki, təklif tələbdən geri qalır...Təbii qidalanmaŞəhər marketlərində çeşid çox ola bilər, ancaq bu qidaların neçə faizi təbiidir?! Ritorik sualdır, baş sındırmayın. Şəhər marketlərində təbii qida tapmaq qəliz məsələdir. Kənddə isə səhər yağ, bal, yumurta səni gözləyir, günortaya təbii toyuq, mal, qoyun, quzu əti. Kənd çayın, ya da gölün kənarındadırsa, balıq əti, həyətdə becərilmiş bitkilərdən hazırlanmış təamlarla vitaminli və kalorili qidalana bilərsən. Axşam isə az yemək məsləhətdir, ancaq yenə də piylənmədən narahat deyilsənsə, masadan təbii qidalar boylanır, rahatca həzmrabədən keçirə bilərsən.Təmiz havaAvtomobillərin qazı, zavodların tüstüsü, sənaye tullantıları xərçəng riskini artırır. Şəhərlərdəki karbon qazı faktiki olaraq zəhərlənmə deməkdir.Kəndlərdə isə ən pis qoxu ocağın tüstüsü ola bilər. O da allergiyan varsa... Samovarı qaynat, otur yaşıllıqda, təbiəti ciyərlərində hiss et.Sağlam həyat tərziŞəhərdə - evdə divanın üstündən qalxmırsansa, illah da ki, işin də oturaq rejimlidirsə, tezliklə Naxçıvandakı Duzdağ Sanatoriyası ilə maraqlanacaqsan.Kənd yerində isə həyətdə iş güc-var, torpağı belləməlisən, arabir də at belinə qalxmalısan... Hamı kimi sən də qoyun, mal-qara otarmağa getməlisən. Kəndin bu başından o başına da marşrut işləmir, piyada getməkdən başqa çarə yoxdur.Əzələlər hərəkətdədir: orta staistik kəndli şəhərdə hər gün fitneslə məşğul olan adamdan daha çox idman edir.Stresdən uzaqTəbiətlə harmoniya stresin qarşısına əhəmiyyətli dərəcədə alır. Üstəgəl, şəhərdə insan çoxluğu, təmasların, münasibətlərin kəmiyyəti və xarakteri elədir ki, bunlar özü də stres yaradır. Kənddə isə bu baxımdan hər şey nisbətən sadə, bəsit və rahatdır.Şəhərin küyü, səsi də yorğunluğu artırır, kəndin sükutu isə müalicəvidir.Regionların inkişafına töhfəNəhayət, siz əgər təəssübkeşsinizsə, buyurun, özünüifadə üçün daha bir fürsət – kəndə qayıdaraq, öz potensialınızı regionların inkişafına yönəldə, dövlətin regional inkişaf strategiyasının uğurla reallaşdırılmasının bir parçasına çevrilə bilərsiniz.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220330/berpa-olunan-enerji-telebati-odeyecekmi-440588033.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41158/28/411582888_0:0:1224:918_1920x0_80_0_0_cb6776decb42fdf80cd04fd3bef90442.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
kənd, şəhər
Kəndə qayıtmaq üçün 7 səbəb
Kənd yerində isə həyətdə iş güc-var, torpağı belləməlisən, arabir də at belinə qalxmalısan...
BAKI, 16 aprel — Sputnik. Bəzən elə düşünürük ki, kənddə insanların işi-gücü qurtarımır. Əslində isə su, işıq və qazla təchiz olunmuş kənd insanının işi bu gün çox deyil. Əgər dünən nənələrimiz çörək bişirmək üçün təzək yığmalı, təndir qalamalı, xəmir edib yuxa salmalı idisə, indi daha rahat çörək bişirən aparatlar bu işi şəhərdə olduğu kimi, kənd sakini üçün də rahatlaşdırıb. Və ya kəndin o biri başından, bulaqdan uzunqulaqla su gətirmək dövrü də bitib, bulaq suyu artıq qapıya axır.
Qarabağın azad olunmasından sonra Böyük Qayıdışa hazırlaşdığımız bu günlərdə məcburi köçkün ailələrində kəndə qayıdıb necə yaşamaqla bağlı suallar müzakirə olunur. Tarixi qələbə qazanılıb, ədalət bərqərar olub. Bu, birinci mərhələ idi. İndi ikinci mərhələ - bərpa prosesi davam edir. Üçüncü mərhələ isə insanların bu yerlərə köçməsi, məskunlaşması və reinteqrasiya prosesi olacaq.
Kəndlərə qayıtmaq, orda yaşamaq üçün çoxlu səbəblər var. Bu, təkcə Qarabağa və ya Şərqi Zəngəzura aid deyil. Qubanın Haput kəndinə də aiddir, Astaranın Kakalos kəndinə də, elə Ordubadın Yuxarı Əndəmic kəndinə də və s.
Bu mövzuya keçməzdən əvvəl, insanların iş-gücü mövzusundan çox uzaqlaşmamış, ibtidai insanlarla müasir insanın iş yükü arasında Yuval Noh Hararinin “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabından bir parçanı diqqətinizə çatdırım:
“Bugünkü zəngin cəmiyyətlərdə insanlar həftədə 40-45 saat, inkişaf etməkdə olan ölkələrdə 60 saat, hətta bəzən 80 saat işləyərkən, bu gün dünyanın ən sərt iqlimə malik yerlərində - məsələn, Kalahari səhrasında yaşayan ovçu-toplayıcılar orta hesabla həftədə sadəcə 35-45 saat işləyirdi. Üç gündən bir ova çıxır, yığım işinə isə gündə sadəcə 3-6 saat vaxt ayırırdılar. Bu, normal şərtlərdə insan qrupunu qida ilə təmin etmək üçün kifayət edirdi. Kalahari səhrasından daha münbit yerlərdə yaşayan ovçu-toplayıcılar isə qida və xam material toplamaq üçün, yəqin ki, bundan daha az vaxt sərf edirdi. Üstəlik, ovçu-toplayıcıların ev işləri də az idi. Yuyulmalı qabları, süpürməli xalçaları, silinməli döşəmələri, dəyişdirilməli bezləri və ödənilməli kreditləri yox idi”.
Qayıdaq, böyük qayıdışa – daha doğrusu, kəndə qayıtmaq üçün 7 səbəbə.
İş üçün şəhərə can atanlar çemodanlarını yığıb geri qayıda bilərlər. Xüsusilə Qarabağ bölgəsində quruculuq işləri yeni iş yerləri deməkdir, bərpadan sonra isə əla biznes mühiti yaranacaq. Pulun, təşəbbüskarlığın varsa, biznes qur, - yox, bu iş sənlik deyilsə, digər işlər də nə qədər desən... İqtisadi fəallığın artması ilə, turizmin, iaşə və digər xidmətlərin meydana çıxması ilə kəndlərdə həyat qaynayacaq.
Marketdə ağartı məhsullarının qiyməti qalxıb, dünən 3 manata aldığın südü vitrində 3.30-a gördün? Yoxsa soğanın qiymətindəki artımdan pəjmürdə olmusan?!
Amma kənddə yaşasan, bunların sənə isti-soyuğu olmayacaq. Soğan həyətdə bitəcək, ağartı məhsullarının camış verəcək. Və broyler toyuğunun ümidinə qalmayacaqsan. Ərzaq məhsullarının qiymətlərindəki tərəddüd və ya qıtlıq səni yalnız bir vətəndaş kimi narahat edə bilər, soyuducunda bunu hiss etməyəcəksən. Düzdür, indi heç şəhərdə də hansısa məhsul qıtlığı yaşanmır, ancaq dünyadakı böhranı görürük. Mart ayında dünya ərzaq qiymətləri 1990-cı ildəki rekord səviyyəyə çatıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, ət rekord qiymətdə - 120 bənd bahalaşıb. Mart ayında donuz ətinin qiymətlərində 1995-ci ildən bəri ən sürətli aylıq artım qeydə alınıb. Qiymət daha çox ona görə artır ki, təklif tələbdən geri qalır...
Şəhər marketlərində çeşid çox ola bilər, ancaq bu qidaların neçə faizi təbiidir?! Ritorik sualdır, baş sındırmayın. Şəhər marketlərində təbii qida tapmaq qəliz məsələdir. Kənddə isə səhər yağ, bal, yumurta səni gözləyir, günortaya təbii toyuq, mal, qoyun, quzu əti. Kənd çayın, ya da gölün kənarındadırsa, balıq əti, həyətdə becərilmiş bitkilərdən hazırlanmış təamlarla vitaminli və kalorili qidalana bilərsən. Axşam isə az yemək məsləhətdir, ancaq yenə də piylənmədən narahat deyilsənsə, masadan təbii qidalar boylanır, rahatca həzmrabədən keçirə bilərsən.
Avtomobillərin qazı, zavodların tüstüsü, sənaye tullantıları xərçəng riskini artırır. Şəhərlərdəki karbon qazı faktiki olaraq zəhərlənmə deməkdir.
Kəndlərdə isə ən pis qoxu ocağın tüstüsü ola bilər. O da allergiyan varsa... Samovarı qaynat, otur yaşıllıqda, təbiəti ciyərlərində hiss et.
Şəhərdə - evdə divanın üstündən qalxmırsansa, illah da ki, işin də oturaq rejimlidirsə, tezliklə Naxçıvandakı Duzdağ Sanatoriyası ilə maraqlanacaqsan.
Kənd yerində isə həyətdə iş güc-var, torpağı belləməlisən, arabir də at belinə qalxmalısan... Hamı kimi sən də qoyun, mal-qara otarmağa getməlisən. Kəndin bu başından o başına da marşrut işləmir, piyada getməkdən başqa çarə yoxdur.
Əzələlər hərəkətdədir: orta staistik kəndli şəhərdə hər gün fitneslə məşğul olan adamdan daha çox idman edir.
Təbiətlə harmoniya stresin qarşısına əhəmiyyətli dərəcədə alır. Üstəgəl, şəhərdə insan çoxluğu, təmasların, münasibətlərin kəmiyyəti və xarakteri elədir ki, bunlar özü də stres yaradır. Kənddə isə bu baxımdan hər şey nisbətən sadə, bəsit və rahatdır.
Şəhərin küyü, səsi də yorğunluğu artırır, kəndin sükutu isə müalicəvidir.
Regionların inkişafına töhfə
Nəhayət, siz əgər təəssübkeşsinizsə, buyurun, özünüifadə üçün daha bir fürsət – kəndə qayıdaraq, öz potensialınızı regionların inkişafına yönəldə, dövlətin regional inkişaf strategiyasının uğurla reallaşdırılmasının bir parçasına çevrilə bilərsiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.