Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Bərpa olunan enerji tələbatı ödəyəcəkmi?

© AP Photo / Robert F. BukatyGünəş panelləri, arxiv şəkli
Günəş panelləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
Məqsəd odur ki, onilliyin sonunda enerji balansında bərpaolunan enerjinin payı 30 faizə yüksəlsin.
BAKI, 30 mart — Sputnik. Təxminən 10 il öncə aparıcı dünya ölkələrinin çoxu inanırdılar ki, tezliklə alternativ enerji ənənəvi enerjini böyük miqyasda əvəz edəcək. Ancaq zaman göstərdi ki, optimistlər bu proqnozda əməlli-başlı ifrata varıblar. İndi dünyanın enerji istehlakının təxminən 30 faizini bərpa olunan enerji mənbələri təşkil edir.
Doğrudur, insafən, nikbinlər öz xəyallarını gerçəkləşdirmək üçün səylə çalışırlar. Məsələn, alternativ enerji mənbələrinin inkişafına görə dünyada birinci sırada qərarlaşan Çin son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub. 2004-cü ildə Avropa İttifaqı ümumi enerji istehlakının 8,5 faizini bərpaolunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7 faizə yüksəlib.
Bir sıra ekspertlər isə alternativ enerjinin heç vaxt ənənəvi enerji mənbələrini əvəz edə bilməyəcəyi tezisini müdafiə edirlər. Onlar hesab edirlər ki, dayanıqlı nəhəng generasiya gücləri yaratmaq üçün bu mənbələr kifayət etməyəcək.
Amma hər halda yaxın dövr üçün, məsələn, 2025-ci il üçün proqnoz odur ki, alternativ enerji mənbələrinin istehsalı 50 faiz artaraq qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək.
Biz nə edirik?
Hər halda Azərbaycan neft-qaz ehtiyatlarına dirsəklənib mürgüləmir, yeni çağırışlar qarşısında hərəkətdədir. Təsadüfi deyil ki, ölkədə 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb.
Ancaq bu, hələ başlanğıcdır. Məqsəd odur ki, onilliyin sonunda enerji balansında bərpaolunan enerjinin payı 30 faizə yüksəlsin. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə bu, konkret hədəf kimi qoyulub.
İşğaldan azad edilmiş ərazilər də bu mənada gücümüzə güc qatacaq. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsinə əsasən bölgənin külək enerjisində təxminən 7200, Günəş enerjisində 2000 meqavatdan çox potensial mövcuddur.
Regionda artıq 20 meqavat gücündə 4 su elektrik stansiyası istifadəyə verilib. Cari ildə daha 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır, ümumilikdə isə təkcə Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyası istismara veriləcək.
Bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması bu sahədə işlərin bütün ölkə üzrə ardıcıl aparıldığını təsdiq edir.
“Qoca qitə” baş sındırır
Son geosiyasi hadisələr Avropada həyəcanı artırıb: indi “qoca qitə” mənbələrin və marşrutlarının şaxələndirilməsi məsələsi üzərində baş sındırır.
Bu il fevralın əvvəlində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonun çıxışında Avropanın Azərbaycan qazına marağı aydın ifadə olunurdu: “Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır və biz baxmalıyıq ki, dəhliz öz ötürücülük qabiliyyətini artıra, yaxud hətta coğrafi baxımdan genişləndirə bilərmi?”
Azərbaycan Avropaya qaz nəqlini artırır. 2022-ci ildə hasil olunacaq 45 milyard kubmetr qazın 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliya, qalan hissəsi isə Gürcüstan, Bolqarıstan, Yunanıstana olmaqla təxminən 19 milyard kubmetri ixrac ediləcək.
Azərbaycan Rusiyaya rəqibdirmi?
Nəhayət, kluarlarda tez-tez müzakirə olunan məsələ: Azərbaycan Avropa qaz bazarlarında Rusiyaya rəqibdirmi? Bu suala ən aydın cavabı Azərbaycan Prezidenti ötən ilin dekabr ayında İspaniyanın “El Pais" qəzetinə müsahibəsində vermişdi: “Bu rəqabət məsələsi böyük mənada şişirdilib. Bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz. Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Bizim Avropaya ixracımız dediyim kimi, rəqabət təşkil etmir və biz heç vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu, bir kommersiya layihəsi idi...”
Bir sözlə, bu məsələdə konfrantasiya yaratmaq cəhdləri və ya vəziyyəti bu cür interpretasiya etmək əbəsdir. Azərbaycan Avropa bazarlarına çıxır, ixracı artırır, alıcılarının sayını artırır, ancaq Rusiyanın rəqibi olaraq yox.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qaradağ günəş elektrik stansiyası - Sputnik Azərbaycan, 1920, 17.03.2022
İNFOQRAFİKA
Qaradağ günəş elektrik stansiyası
Xəbər lenti
0