Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Güləş Federasiyasına maliyyə dəstəyi göstəriləcək - Dövlət başçısı Sərəncam imzaladı

© Photo : FACEBOOK / United World WrestlingAzərbaycan güləşçisi Cəbrayıl Həsənov
Azərbaycan güləşçisi Cəbrayıl Həsənov - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Abunə olmaq
Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
BAKI, 9 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan azərtac-a istinadən xəbər verir.
Sərəncamda deyilir ki, böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1,0 (bir) milyon manat vəsait ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.
Azərbaycan Güləş Federasiyanın yaranma tarixi
SSRİ-nin Güləş Federasiyasının tərkibində ilk dəfə 1959-cu ildə bir qurum olaraq, Azərbaycan Güləş Federasiyası təsis olunub, sədr vəzifəsinin icraçısı Axundov Qəmbər Əsgər oğlu olub, sonradan isə bu vəzifəni Hüseynov Fətulla demək olar ki, müstəqillik qazandığımız dövrə kimi icra edib.
Müstəqil Azərbaycan Respublikası Dünyada suveren ölkə kimi tanındıqdan sonra, 1993-cü ildə Azərbaycan Güləş Federasiyası təsis olunaraq, elə həmin ildə, İsveçrənin Lozanna şəhərində FİLA-nın baş qərargahında rəsmən Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına qəbul olunub.
1993-1997 illər ərzində Azərbaycan Güləş Federasiyasının prezidenti Etibar Sərdar oğlu Məmmədov, Vitse-prezident Abbas Aydın oğlu Abbasov, Baş Katib Xanmirzə Xanbala oğlu Məlikəliyev olmuşdur. AGF-nin konfransı dörd ildən bir keçirilir.
1997-ci ildə keçirilən növbəti konfransda AGF-nin prezidenti Abbas Aydın oğlu Abbasov, I vitse – prezident Cavanşir Kazım oğlu Qurbanov və Baş katibi Xanmirzə Xanbala oğlu Məlikəliyev seçiliblər. Federasiyada vəzifə öhdəlikləri üzrə vitse prezidentlər (Məmməd İbrahimov, Çingiz Quliyev, Oleq Krapivin, Məmməd Musayev, Arif Həsənov, Oktay Hüseynov seçilib) fəaliyyət göstərmişlər. 2001-ci ildə Federasiyanın III konfransı keçirilib.
Baş Katib istefa verdiyi üçün, həmin vəzifəyə 1997-ci ildən Güləş Federasiyasında Baş mütəxəssis kimi fəailiyyət göstərən Mətləb İbadulla oğlu Abdullayev seçilmiş və 2007-ci ilə kimi Baş Katib olub.
25 aprel 2005-ci ildə AGF-nin növbəti IV konfransı keçirilmişdir. 2006-cı ildə keçirilən AGF-nin plenumunda millət vəkili Aydın Abbas oğlu Abbasov Federasiyyanın Vitse-prezidenti seçilib.
2007-ci il 29 yanvar tarixində keçirilən Azərbaycan Güləş Federasiyasının növbədənkənar plenumunda Fazil Əsəd oğlu Məmmədov AGF-nin prezidenti, Namiq Tofiq oğlu Əliyev I Vitse-prezident və Cavid Yunus oğlu Qurbanov Baş Katib seçiliblər. Abbas Aydın oğlu Abbasov Federasiyanın fəxri prezidenti seçilib.
Azərbaycan Güləş Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edərək, qarşılıqlı, məqsədyönlü fəaliyyət göstərir. 2008-ci il 18 noyabr tarixində Federasiyanın V konfransı keçirilmişdir. Konfransda Güləş Federasiyasının yeni Nizamnaməsinin təqdimatı və təsdiqi, Güləş Federasiyasının Regional nümayəndəliklərinin təsis edilməsi, Federasiyanın Vitse-prezidentlərinin fəaliyyət istiqaməti müzakirə edilmiş, Beynəlxalq əlaqələr, Regionlar, Sərbəst, Yunan-Roma güləşi üzrə, təşkilati və maliyyə işlər və yeniyetmələr üzrə Vitse-prezident vəzifələri müəyyənləşdirilmiş və seçkilər keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rafiq Hüseynov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.04.2022
İDMAN
Azərbaycanlı idmançı yunan-Roma güləşi tarixində rekorda imza atıb
Xəbər lenti
0