https://sputnik.az/20220404/azerbaycanli-idmanci-yunan-roma-gulesi-tarixinde-rekorda-imza-atib-440780700.html
Azərbaycanlı idmançı yunan-Roma güləşi tarixində rekorda imza atıb
Azərbaycanlı idmançı yunan-Roma güləşi tarixində rekorda imza atıb
Sputnik Azərbaycan
Rafiq Hüseynov yunan-Roma güləşində üçqat Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb. R.Hüseynov Dortmundda (2011-ci il), Romada (2020-ci) və... 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T16:20+0400
2022-04-04T16:20+0400
2022-04-04T16:20+0400
güləşçi
idman
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427612446_0:0:2894:1628_1920x0_80_0_0_5e7794f9cb85463fe8bdcc8e6aae108b.jpg
BAKI, 4 aprel — Sputnik. Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatında Rafiq Hüseynov yunan-Roma güləşində rekorda imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, çempionatda 82 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz bu nailiyyəti Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında rəsmiləşdirib.O, yunan-Roma güləşində üçqat Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb. R.Hüseynov Dortmundda (2011-ci il), Romada (2020-ci) və Budapeştdə (2022-ci) qızıl medalları gazanıb.Qeyd edək ki, Rafiq Hüseynov (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0.Bundan başqa, o, final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0. Beləliklə, titullu güləşçimiz üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. R.Hüseynov həlledici görüşdə gürcü Gela Bolkvadze ilə üz-üzə gəlib.Onu da qeyd edək ki, Avropa çempionatına tam heyətlə yollanan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427612446_163:0:2894:2048_1920x0_80_0_0_ba0cbc9e3876477b3c97a7752b863e23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
güləşçi
Azərbaycanlı idmançı yunan-Roma güləşi tarixində rekorda imza atıb
Rafiq Hüseynov yunan-Roma güləşində üçqat Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb. R.Hüseynov Dortmundda (2011-ci il), Romada (2020-ci) və Budapeştdə (2022-ci) qızıl medalları gazanıb.
BAKI, 4 aprel — Sputnik. Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatında Rafiq Hüseynov yunan-Roma güləşində rekorda imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, çempionatda 82 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz bu nailiyyəti Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında rəsmiləşdirib.
O, yunan-Roma güləşində üçqat Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb. R.Hüseynov Dortmundda (2011-ci il), Romada (2020-ci) və Budapeştdə (2022-ci) qızıl medalları gazanıb.
Qeyd edək ki, Rafiq Hüseynov (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0.
Bundan başqa, o, final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0. Beləliklə, titullu güləşçimiz üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. R.Hüseynov həlledici görüşdə gürcü Gela Bolkvadze ilə üz-üzə gəlib.
Onu da qeyd edək ki, Avropa çempionatına tam heyətlə yollanan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.