Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Qaradağ günəş elektrik stansiyası

Abunə olmaq
Qaradağ Günəş Elektrik Stansiyasına (GES) 225 milyon ABŞ dolları məbləğində investisiya qoyulacaq. Bu barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
BAKI, 17 mart — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 meqavat (MVt) gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Qaradağ Günəş Elektrik Stansiyasına (GES) 225 milyon ABŞ dolları məbləğində investisiya qoyulacaq. İl yarıma stansiyanın inşasının yekunlaşması nəzərdə tutulur.
Layihənin reallaşdırılması 110 min yaşayış evini elektrik enerjisi ilə təchiz edəcək. Stansiyanın tikintisində 700 nəfərə yaxın işçi çalışacaq. GES istismara verildikdən sonra isə burada 25-30 nəfər işləyəcək.
Tikinti materiallarının 20 faizi yerli bazardan satın alınacaq ki, bu da Azərbaycan müəssisələrinin inkişafı üçün çox vacibdir.
Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycana 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. Stansiya ildə 200 min ton karbon qazı (CO2) emissiyasının qarşısını alacaq.
Yeni stansiya ilə Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına illik elektrik enerjisi istehsalının həcmi 3 milyard kVt/saata çatacaq.
Qaradağ Günəş Elektrik Stansiyası ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Xəbər lenti
0