https://sputnik.az/20220327/fide-qran-prisi-memmedyarov-vahid-lider-ola-biler-440490387.html
FIDE Qran-prisi, Məmmədyarov vahid lider ola bilər
FIDE Qran-prisi, Məmmədyarov vahid lider ola bilər
Sputnik Azərbaycan
Azərbaycan şahmatçısı qalib gəlsə, qrupda vahid liderliyi ələ keçirəcək. Məmmədyarov B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent... 27.03.2022, Sputnik Azərbaycan
2022-03-27T11:26+0400
2022-03-27T11:26+0400
2022-03-27T12:09+0400
idman
şahmat
şəhriyar məmmədyarov
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437372856_0:160:3071:1887_1920x0_80_0_0_b480705741893d714a88e6ab690f9cb0.jpg
BAKI, 27 mart - Sputnik. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirəcək.Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster V turda qara fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə qarşılaşacaq.B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerlə üz-üzə gələcək.Hazırda Dominges və Məmmədyarov hərəyə 2,5 xalla ilk 2 pilləni bölüşür. Kaymerin 2, Dubovun 1 xalı var. Azərbaycan şahmatçısı qalib gəlsə, qrupda vahid liderliyi ələ keçirəcək.Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220327/avtomobillerin-icbari-texniki-baxisdan-kecirilmesini-legv-etmeye-deyermi-440489484.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437372856_171:0:2900:2047_1920x0_80_0_0_e74f6d74736af3209d4567b977948441.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmat, şəhriyar məmmədyarov
şahmat, şəhriyar məmmədyarov
FIDE Qran-prisi, Məmmədyarov vahid lider ola bilər
11:26 27.03.2022 (Yenilənib: 12:09 27.03.2022) Azərbaycan şahmatçısı qalib gəlsə, qrupda vahid liderliyi ələ keçirəcək. Məmmədyarov B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerlə üz-üzə gələcək.
BAKI, 27 mart - Sputnik. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Sputnik Azərbaycan-ın
"Report"a istinadən xəbərinə görə, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster V turda qara fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə qarşılaşacaq.
B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerlə üz-üzə gələcək.
Hazırda Dominges və Məmmədyarov hərəyə 2,5 xalla ilk 2 pilləni bölüşür. Kaymerin 2, Dubovun 1 xalı var. Azərbaycan şahmatçısı qalib gəlsə, qrupda vahid liderliyi ələ keçirəcək.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.