https://sputnik.az/20220327/avtomobillerin-icbari-texniki-baxisdan-kecirilmesini-legv-etmeye-deyermi-440489484.html
Avtomobillərin icbari texniki baxışdan keçirilməsi ləğv edilə bilərmi?
Avtomobillərin icbari texniki baxışdan keçirilməsi ləğv edilə bilərmi?
Sputnik Azərbaycan
Rusiyada avtomobillərdə nasazlıqların aşkar edilməsi və qəzaların qarşısının alınması üçün onların icbari texniki baxışdan keçirilməsi ləğv olunub... 27.03.2022, Sputnik Azərbaycan
2022-03-27T10:46+0400
2022-03-27T10:46+0400
2022-03-27T11:04+0400
cəmiyyət
avtomobil
texniki baxış
ləğv
https://cdnn1.img.sputnik.az/img/42381/09/423810958_0:350:2905:1984_1920x0_80_0_0_53597ad132005c9bc10a5d7bbfb64130.jpg
BAKI, 27 mart - Sputnik. Rusiyada 2022-ci ilin əvvəlindən fiziki şəxslərə məxsus və şəxsi məqsədlər üçün istifadə edilən avtomobil və motosikletlərin sahiblərinə təsir edən icbari texniki baxışı ləğv edən qanun qüvvəyə minib.Eyni zamanda, taksi, avtobus, yük avtomobilləri, xidməti və kommersiya nəqliyyatı vasitələrinə münasibətdə texniki baxışdan keçmək öhdəliyi qalıb.Avtomobil parkının köhnəliyi mane olurNəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, hazırda Azərbaycanda avtomobil parkının 70%-ə yaxınını köhnə avtomobillər təşkil edir. Bunun nəticəsidir ki, yollarda nasaz avtomobillərin törətdiyi ağır yol-nəqliyyat hadisələri getdikcə artır.“Rusiyada avtomobillərin icbari texniki baxışdan keçirilməsi aradan qaldırılıb. Bunun istəyə bağlı olduğu ölkələrin öz geniş miqyaslı avtomobil istehsalı və bu məsələdə böyük təcrübələri var. Təbii ki, orada parkın yenilənməsi ilə bağlı məsələlər o qədər də kəskin deyil”, - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirir.Muradlı əmindir ki, əksər qəzalarda çox pis vəziyyətdə olan avtomobillərin texniki göstəriciləri mühüm rol oynayır."Bu, reallıqdır. Ona görə də Azərbaycan kimi ölkələrdə texniki baxış qaçılmazdır. Çünki avtomobil parkının yenilənməsi və texniki baxışa nəzarətin yaradılması bizim tam həll etmədiyimiz məsələlərdir", - deyə ekspert bildirib.Sürücülər təhlükəsizlik qaydalarına məhəl qoymurlarEkspert eyni zamanda qeyd edib ki, Azərbaycanda texniki baxış könüllü olarsa, sürücülər bundan müntəzəm şəkildə keçməyəcək:O, əmindir ki, sürücülər sırf texniki baxışdan keçmək üçün çatışmayan əşyaları alır və avtomobillərdəki bəzi nasazlıqları aradan qaldırırlar.Üstəlik, ekspert əlavə edib ki, texniki baxış zamanı oğurlanmış, dövlət qeydiyyatı olmayan avtomobillər aşkarlanır.Həmçinin, müfəttiş sürücü müəyyən səbəblərdən mühərriki dəyişdirəndə avtomobil sahiblərini həmin mühərriki qeydiyyata almağa məcbur edir."Ona görə də Azərbaycanda texniki baxışın aradan qaldırılmasından söhbət gedə bilməz. Şəxsən mən bunun tərəfdarı deyiləm", - deyə Muradlı fikrini tamamlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220319/bas-nazir-dovlet-qurumlarina-kohne-avtomobilleri-almagi-qadagan-edib-440319425.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42381/09/423810958_169:0:2900:2048_1920x0_80_0_0_da49ab0b3e0e61238cc66ab005876f54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
avtomobil, texniki baxış, ləğv
avtomobil, texniki baxış, ləğv
Avtomobillərin icbari texniki baxışdan keçirilməsi ləğv edilə bilərmi?
10:46 27.03.2022 (Yenilənib: 11:04 27.03.2022) Rusiyada avtomobillərdə nasazlıqların aşkar edilməsi və qəzaların qarşısının alınması üçün onların icbari texniki baxışdan keçirilməsi ləğv olunub. Azərbaycanda da bu təcrübəni tətbiq etməyə dəyərmi?
BAKI, 27 mart - Sputnik. Rusiyada 2022-ci ilin əvvəlindən fiziki şəxslərə məxsus və şəxsi məqsədlər üçün istifadə edilən avtomobil və motosikletlərin sahiblərinə təsir edən icbari texniki baxışı ləğv edən qanun qüvvəyə minib.
Eyni zamanda, taksi, avtobus, yük avtomobilləri, xidməti və kommersiya nəqliyyatı vasitələrinə münasibətdə texniki baxışdan keçmək öhdəliyi qalıb.
Avtomobil parkının köhnəliyi mane olur
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, hazırda Azərbaycanda avtomobil parkının 70%-ə yaxınını köhnə avtomobillər təşkil edir. Bunun nəticəsidir ki, yollarda nasaz avtomobillərin törətdiyi ağır yol-nəqliyyat hadisələri getdikcə artır.
“Rusiyada avtomobillərin icbari texniki baxışdan keçirilməsi aradan qaldırılıb. Bunun istəyə bağlı olduğu ölkələrin öz geniş miqyaslı avtomobil istehsalı və bu məsələdə böyük təcrübələri var. Təbii ki, orada parkın yenilənməsi ilə bağlı məsələlər o qədər də kəskin deyil”, - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirir.
Muradlı əmindir ki, əksər qəzalarda çox pis vəziyyətdə olan avtomobillərin texniki göstəriciləri mühüm rol oynayır.
"Bu, reallıqdır. Ona görə də Azərbaycan kimi ölkələrdə texniki baxış qaçılmazdır. Çünki avtomobil parkının yenilənməsi və texniki baxışa nəzarətin yaradılması bizim tam həll etmədiyimiz məsələlərdir", - deyə ekspert bildirib.
Sürücülər təhlükəsizlik qaydalarına məhəl qoymurlar
Ekspert eyni zamanda qeyd edib ki, Azərbaycanda texniki baxış könüllü olarsa, sürücülər bundan müntəzəm şəkildə keçməyəcək:
“Sürücülərə avtomobillərini saz vəziyyətdə saxlamağı, işıqlandırma cihazlarına müdaxilə etməməti, maşında ilkin tibbi yardım çantası və yanğınsöndürən balon olmasını nə qədər tövsiyə etsək də, onlar könüllü olaraq bu qaydalara nadir hallarda əməl edirlər”.
O, əmindir ki, sürücülər sırf texniki baxışdan keçmək üçün çatışmayan əşyaları alır və avtomobillərdəki bəzi nasazlıqları aradan qaldırırlar.
Üstəlik, ekspert əlavə edib ki, texniki baxış zamanı oğurlanmış, dövlət qeydiyyatı olmayan avtomobillər aşkarlanır.
Həmçinin, müfəttiş sürücü müəyyən səbəblərdən mühərriki dəyişdirəndə avtomobil sahiblərini həmin mühərriki qeydiyyata almağa məcbur edir.
"Ona görə də Azərbaycanda texniki baxışın aradan qaldırılmasından söhbət gedə bilməz. Şəxsən mən bunun tərəfdarı deyiləm", - deyə Muradlı fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.