Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qəbələdəki daha bir oyunun vaxtı dəyişdirilib

© Photo : Facebook / QƏBƏLƏ FK"Qəbələ" - "Zirə" matçında oyun epizodu
Qəbələ - Zirə matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
Ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən oynanılıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.
BAKI, 14 mart — Sputnik. Peşəkar Futbol Liqasında (PFL) Qəbələdəki daha bir oyunun vaxtını hava şəraitinə görə dəyişib.
Sputnik Azərbaycan qurumun rəsmi saytına istinadən xəbər verir ki, martın 16-da təşkili planlaşdırılan I Divizionun XVIII turundakı "Qəbələ-2" – "Səbail-2" görüşü 14:00-dan 13:00-a keçirilib.
Bundan əlavə, "Zaqatala" – MOİK matçı da eyni saatda start götürəcək. "Qəbələ-2" – "Səbail-2" görüşü Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ" - "Zirə" oyun ötən gün qara görə təxirə salınmışdı.
****
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Zirə" arasında ötən gündən təxirə salınmış matçın davamı keçirilib. Ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən oynanılıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra xalını 35-ə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. 33 xala malik "Qəbələ" isə 4-cüdür.
Qeyd edək ki, turun ilk 3 matçında "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" "Sabah"a 1:0, "Neftçi" isə evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Emin Mahmudov - Sputnik Azərbaycan, 1920, 14.03.2022
İDMAN
"Neftçi"nin kapitanı bir qolla iki yubiley qeyd edib
Xəbər lenti
0