Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi"nin kapitanı bir qolla iki yubiley qeyd edib

© REUTERS / MARKO DJURICAEmin Mahmudov
Emin Mahmudov - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
2017-ci ildən "Neftçi"də çıxış edən Mahmudov həm indiki komandasında, həm də Premyer Liqadakı ilk qoluna həmin il noyabrın 19-da imza atıb. O, "Qəbələ" ilə ev matçında (2:3) fərqlənib.
BAKI, 14 mart — Sputnik. Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi"nin futbolçusu Emin Mahmudovun "Sumqayıt"a vurduğu iki qoldan birincisi yubileylə əlamətdar olub.
Sputnik Azərbaycan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 17-ci dəqiqədə başla endirilmiş dəqiq zərbə 30 yaşlı yarımmüdafiəçi üçün çempionatda 20-ci qol kimi tarixə düşüb.
Mahmudov Azərbaycan Premyer Liqasında yalnız bir klubda çıxış edib. İkinci dəfə fərqlənməklə qol sayını 21-ə çatdıran təcrübəli oyunçu 109-cu matçını keçirib.
Onun ilk topu həm də "Neftçi" karyerasında 30-cu olub. Kapitan Azərbaycan Kubokunda 2, avrokuboklarda 8 qola sevinib. "Ağ-qaralar"ın heyətində 136-cı dəfə meydana çıxan futbolçu ikinci topla qol sayını 31-ə yüksəldib.
2017-ci ildən "Neftçi"də çıxış edən Mahmudov həm indiki komandasında, həm də Premyer Liqadakı ilk qoluna həmin il noyabrın 19-da imza atıb. O, "Qəbələ" ilə ev matçında (2:3) fərqlənib. Qeyd edək ki, "Neftçi" "Sumqayıt"la görüşdə qələbə qazanıb - 2:1.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0