https://sputnik.az/20220312/almafobiya---kliselerden-xilas-olmaq-cehdleri-440068703.html
"Almafobiya" - klişelərdən xilas olmaq cəhdləri
"Almafobiya" - klişelərdən xilas olmaq cəhdləri
Sputnik Azərbaycan
Bəzilərinin "youtube"r deyib ayrı zümrəyə aid etməyə çalışdığı insanların gördüyü işlər Mədəniyyət Nazirliyinin və Kinostudiyanın dəstəyi ilə çəkilən əksər filmlərdən çox keyfiyyətli və peşəkardır.
2022-03-12T09:01+0400
2022-03-12T09:01+0400
2022-03-12T09:01+0400
film
yazarlar
youtube
rejissor
ssenarist
fahişə
mövzu
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0b/440068454_41:0:1275:694_1920x0_80_0_0_4cfaab05c3ae35478d043974e89fe7c8.jpg
BAKI, 12 mart — Sputnik. Son bir neçə ildə vayn-videolarlarla, müxtəlif layihələrlə populyarlaşan, incəsənətdən məlumatlı, sənət duyumu olan dostlarımızın youtube platformasında təqdim etdikləri videoların həm görüntü, həm yanaşma, həm də ssenari keyfiyyətində gözəçarpan inkişaf var. Ancaq təssüf ki, bu nikbin fikiri hər kəs haqqında, bütün işlər barədə demək mümkün deyil.Peşəkar hesab etdiyimiz bəzi insanların bu platformalarda özünü biyabır etdiyini, rəzil-rüsvay olduğunu tez-tez görürük. Ciddi işlər görən, ciddi layihələrlə gündəmə gələn dostlarımız da az deyil. İşini sevən və sənətinə məsuliyyətli yanaşan dostlarımız məhdud imkanlarla yaxşı işlər görməyə çalışır və ortaya çıxarılan işlər də bu inkişafdan, proqresdən xəbər verir.Şübhəsiz ki, bütün yaxşı işlərin fonunda "milli" "youtube"rlərimiz minlərlə bayağı, düşük və səviyyəsiz video çəkib, zövqümüzə təcavüz etməkdədir. Təəssüf ki, bu faktı da dana bilmirik. Bu tendensiyaya mane olmaq, qarşısını almaq mümkün olmadığı üçün, oturub bu mərhələnin başa çatmağını gözləmək lazımdır. Yaxşı ki, sanballı işlər görməyə çalışan ciddi youtube fenomenlərimiz, sənətinə ciddi yanaşan gənclərimiz də var.***Aktyor və ssenarist Kənan Yusifin bu günlərdə yayımlanan qısametrajlı "Almafobiya" filmi onun yaradıcılığı üçün yeni bir mərhələnin başlanğıcı ola bilər. Kənan bu günə qədər müxtəlif maraqlı işlərə imza atıb. Sosial şəbəkələrdə fəaliyyəti, çəkdiyi videolar hər zaman maraqla qarşılanıb.Onun özünəməxsus, spesifik yanaşması digərləri ilə müqayisədə kütləvi olmasa da, bəyənilir və təqdir edilir. Kənan aktyor, rejissor və ssenarist kimi özünü sınadığı bütün işlərdə istedadını göstərməyi bacarıb. Bu baxımdan ürəklə demək olar ki, Kənan kino sahəsində təcrübəli və bacarıqlıdır. Onu illərdir izlədiyim üçün, yaradıcılığındakı inkişafı da müşahidə etmişəm və əminəm ki, Kənan Yusif daha ciddi, daha sanballı işlərə imza atacaq.Kənanın yaradıcılığında çatışmayan əsas detal ardıcıllıqdır. Hərdən düşünürəm ki, Kənan istedadını, bacarığını, bazasında olanları ortaya çıxarmağa tənbəllik edir. Hər halda yaradıcı insana nəsihət və məsləhət vermək doğru deyil.Kənan Yusif şübhəsiz ki, nəyi, necə, nə vaxt edəcəyini bilir. Sadəcə tamaşaçı kimi düşünürəm ki, o yaradıcılığındakı ardıcıllığı qorusa, məhsuldar işləsə daha böyük uğur qazana bilər. Təkrar edirəm, doğrusunu yenə də özü bilər.***"Almafobiya" qısametrajlı filmi (bütün nöqsanlarına baxmayaraq) Kənanın yaradacığında irəliyə doğru daha bir addımdır. Kənan həm aktyor, həm ssenarist kimi daha çox komediya janrına müraciət etsə də, bu dəfə təqdim etdiyi qısa film sosial-dram janrındadır. Ümumilikdə götürəndə – filmin adından tutmuş, verdiyi mesajlara qədər – maraqlı və ciddi işdir.Nəhayət ki, youtube üçün çəkilən filmlərin ssenarisində də ciddi mətnlərlə intertekstuallıq müşahidə edib, sevinirəm. Bundan əvvəl digər dostlarımızın da çəkdiyi filmlərdə kifayət qədər ciddi məqamlara toxunulub. "Almafobiya"da sosial-məişət problemlərinin fonunda ciddi bəşəri məsələyə "Günah" mövzusu işlənilir. Elə filmin adı da bəri başdan bu mesajı verdiyi üçün, tamaşaçı film boyu məhz bu mövzuya köklənir. Kənanın məişət problemlərinin içində çabalayan əsas qəhrəmanı, günahdan qaçmağa çalışan, amma bezginlikdən, çarəsizlikdən və bəlkə də maraqdan günahın (qadağan olunmuş meyvənin) "dadına baxan" zəif xarakterli, uğursuz və sentimental obrazdır. Onu günaha sürükləmək üçün şeytana gərək yoxdur. Əslində problemlər, qayğılar onu günaha sürükləyən şeytandır. Ətrafındakılar (şair həmkarım Rəşad Nağı Mustafanın və İlkin Zülfünün yaratdığı obrazlar) bəsit və mənasız arzularla yaşayan, həyata uduzduğunu qəbullanmış tiplər olsa da, Kənanın canlandırdığı obraz daha dərin düşünən, ekzistensial ovqatla qayğıların içində çabalayan və işığa doğru can atan müsbət tipdir.***Filmin halal-haram, zəhmət, fədakarlıq, qənaət barədə verdiyi mesajlar yerində olsa da, müəyyən detalların kinematoqrafik həlli tam deyil, bəzi məqamlarda isə uğursuzdur. Xüsusilə əsas obrazın eyş-işrət üçün dəvət edilmiş həyat qadınıyla yataq otağındakı söhbəti klişelərdə boğulur, keyfiyyətini itirir. Kənanın sarkastik yanaşması belə bu səhnəni xilas etmir. İzləyib, təəssüflə başını buladım:Bu nədir, yenə də fahişə mövzusu? Valideyinləri tərəfindən atılan Malışın həyat qadından etdiyi qəribə xahiş, təsadüfən görüşdüyü seks işçisinin qucağında lay-layla yuxuya getməsi, maraqlı detaldır.Amma təəssüf ki, səhnənin kinematoqrafik həlli qənaətbəxş deyil. Bu səhnəni kino dilində daha fərqli izah etmək olardı, – izaha, izahata, saxta hönkürtüyə ehtiyac olmadan. Məncə filmin finalı da klişedən xilas ola bilmədiyi üçün, kifayət qədər təsirli alınmayıb. Filmdə istifadə edilən simvollar, "göndərmə"lər, ümumi mesaj isə aydındır. Məncə filmi baxımlı edən məhz mesajın sirr pərdəsinə bürünmədən daha aydın şəkildə çatdırılmasıdır.***Açığı, bu qəbildən olan filmləri geniş şəkildə, amansızcasına tənqid etməyə vicdanım əl vermir. Çünki bəzilərinin "youtube"r deyib ayrı zümrəyə aid etməyə çalışdığı insanların gördüyü işlər Mədəniyyət Nazirliyinin və Kinostudiyanın dəstəyi ilə çəkilən əksər filmlərdən çox keyfiyyətli və peşəkardır. Nəzərə alsaq ki, yutub üçün çəkilən filmlər müstəqil filmlərdir və dostlarımız bu işləri ərsəyə gətirmək üçün çox əziyyət çəkir. Dövlətin puluyla çəkilən filmləri isə, rəflərdə toz basır.Hər halda bütün bu cəhdlər təqdirə layiqdir. Şəxsən mən nə iş gördüyünün fərqində olaraq müstəqil film çəkən bütün yaradıcı dostlarımı dəstəkləyirəm və alqışlayıram. "Almafobiya"ya gəldikdə isə, Kənan Yusif klişelərdən xilas ola bilməsə də, buna cəhd edib, fərqli yanaşma sərgiləməyə çalışıb. Məhz uğurlu detallara, ciddi mesajlara görə filmin yaradıcı kollektivinə təşəkkür edirəm. Ümid edirəm bu cür işlərin davamı olacaq!Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220221/beynelxalq-ana-dili-gunu-bes-dilimiz-ne-gundedir-439402451.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0b/440068454_195:0:1120:694_1920x0_80_0_0_48e21a706c4eeb678f302a54ae20df61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
"almafobiya" - klişelərdən xilas olmaq cəhdləri
"almafobiya" - klişelərdən xilas olmaq cəhdləri
"Almafobiya" - klişelərdən xilas olmaq cəhdləri
Bəzilərinin "youtube"r deyib ayrı zümrəyə aid etməyə çalışdığı insanların gördüyü işlər Mədəniyyət Nazirliyinin və Kinostudiyanın dəstəyi ilə çəkilən əksər filmlərdən çox keyfiyyətli və peşəkardır.
BAKI, 12 mart — Sputnik. Son bir neçə ildə vayn-videolarlarla, müxtəlif layihələrlə populyarlaşan, incəsənətdən məlumatlı, sənət duyumu olan dostlarımızın youtube platformasında təqdim etdikləri videoların həm görüntü, həm yanaşma, həm də ssenari keyfiyyətində gözəçarpan inkişaf var. Ancaq təssüf ki, bu nikbin fikiri hər kəs haqqında, bütün işlər barədə demək mümkün deyil.
Peşəkar hesab etdiyimiz bəzi insanların bu platformalarda özünü biyabır etdiyini, rəzil-rüsvay olduğunu tez-tez görürük. Ciddi işlər görən, ciddi layihələrlə gündəmə gələn dostlarımız da az deyil. İşini sevən və sənətinə məsuliyyətli yanaşan dostlarımız məhdud imkanlarla yaxşı işlər görməyə çalışır və ortaya çıxarılan işlər də bu inkişafdan, proqresdən xəbər verir.
Şübhəsiz ki, bütün yaxşı işlərin fonunda "milli" "youtube"rlərimiz minlərlə bayağı, düşük və səviyyəsiz video çəkib, zövqümüzə təcavüz etməkdədir. Təəssüf ki, bu faktı da dana bilmirik. Bu tendensiyaya mane olmaq, qarşısını almaq mümkün olmadığı üçün, oturub bu mərhələnin başa çatmağını gözləmək lazımdır. Yaxşı ki, sanballı işlər görməyə çalışan ciddi youtube fenomenlərimiz, sənətinə ciddi yanaşan gənclərimiz də var.
Aktyor və ssenarist Kənan Yusifin bu günlərdə yayımlanan qısametrajlı "Almafobiya" filmi onun yaradıcılığı üçün yeni bir mərhələnin başlanğıcı ola bilər. Kənan bu günə qədər müxtəlif maraqlı işlərə imza atıb. Sosial şəbəkələrdə fəaliyyəti, çəkdiyi videolar hər zaman maraqla qarşılanıb.
Onun özünəməxsus, spesifik yanaşması digərləri ilə müqayisədə kütləvi olmasa da, bəyənilir və təqdir edilir. Kənan aktyor, rejissor və ssenarist kimi özünü sınadığı bütün işlərdə istedadını göstərməyi bacarıb. Bu baxımdan ürəklə demək olar ki, Kənan kino sahəsində təcrübəli və bacarıqlıdır. Onu illərdir izlədiyim üçün, yaradıcılığındakı inkişafı da müşahidə etmişəm və əminəm ki, Kənan Yusif daha ciddi, daha sanballı işlərə imza atacaq.
Kənanın yaradıcılığında çatışmayan əsas detal ardıcıllıqdır. Hərdən düşünürəm ki, Kənan istedadını, bacarığını, bazasında olanları ortaya çıxarmağa tənbəllik edir. Hər halda yaradıcı insana nəsihət və məsləhət vermək doğru deyil.
Kənan Yusif şübhəsiz ki, nəyi, necə, nə vaxt edəcəyini bilir. Sadəcə tamaşaçı kimi düşünürəm ki, o yaradıcılığındakı ardıcıllığı qorusa, məhsuldar işləsə daha böyük uğur qazana bilər. Təkrar edirəm, doğrusunu yenə də özü bilər.
"Almafobiya" qısametrajlı filmi (bütün nöqsanlarına baxmayaraq) Kənanın yaradacığında irəliyə doğru daha bir addımdır. Kənan həm aktyor, həm ssenarist kimi daha çox komediya janrına müraciət etsə də, bu dəfə təqdim etdiyi qısa film sosial-dram janrındadır. Ümumilikdə götürəndə – filmin adından tutmuş, verdiyi mesajlara qədər – maraqlı və ciddi işdir.
Nəhayət ki, youtube üçün çəkilən filmlərin ssenarisində də ciddi mətnlərlə intertekstuallıq müşahidə edib, sevinirəm. Bundan əvvəl digər dostlarımızın da çəkdiyi filmlərdə kifayət qədər ciddi məqamlara toxunulub. "Almafobiya"da sosial-məişət problemlərinin fonunda ciddi bəşəri məsələyə "Günah" mövzusu işlənilir. Elə filmin adı da bəri başdan bu mesajı verdiyi üçün, tamaşaçı film boyu məhz bu mövzuya köklənir. Kənanın məişət problemlərinin içində çabalayan əsas qəhrəmanı, günahdan qaçmağa çalışan, amma bezginlikdən, çarəsizlikdən və bəlkə də maraqdan günahın (qadağan olunmuş meyvənin) "dadına baxan" zəif xarakterli, uğursuz və sentimental obrazdır. Onu günaha sürükləmək üçün şeytana gərək yoxdur. Əslində problemlər, qayğılar onu günaha sürükləyən şeytandır. Ətrafındakılar (şair həmkarım Rəşad Nağı Mustafanın və İlkin Zülfünün yaratdığı obrazlar) bəsit və mənasız arzularla yaşayan, həyata uduzduğunu qəbullanmış tiplər olsa da, Kənanın canlandırdığı obraz daha dərin düşünən, ekzistensial ovqatla qayğıların içində çabalayan və işığa doğru can atan müsbət tipdir.
Filmin halal-haram, zəhmət, fədakarlıq, qənaət barədə verdiyi mesajlar yerində olsa da, müəyyən detalların kinematoqrafik həlli tam deyil, bəzi məqamlarda isə uğursuzdur. Xüsusilə əsas obrazın eyş-işrət üçün dəvət edilmiş həyat qadınıyla yataq otağındakı söhbəti klişelərdə boğulur, keyfiyyətini itirir. Kənanın sarkastik yanaşması belə bu səhnəni xilas etmir. İzləyib, təəssüflə başını buladım:
Bu nədir, yenə də fahişə mövzusu? Valideyinləri tərəfindən atılan Malışın həyat qadından etdiyi qəribə xahiş, təsadüfən görüşdüyü seks işçisinin qucağında lay-layla yuxuya getməsi, maraqlı detaldır.
Amma təəssüf ki, səhnənin kinematoqrafik həlli qənaətbəxş deyil. Bu səhnəni kino dilində daha fərqli izah etmək olardı, – izaha, izahata, saxta hönkürtüyə ehtiyac olmadan. Məncə filmin finalı da klişedən xilas ola bilmədiyi üçün, kifayət qədər təsirli alınmayıb. Filmdə istifadə edilən simvollar, "göndərmə"lər, ümumi mesaj isə aydındır. Məncə filmi baxımlı edən məhz mesajın sirr pərdəsinə bürünmədən daha aydın şəkildə çatdırılmasıdır.
Açığı, bu qəbildən olan filmləri geniş şəkildə, amansızcasına tənqid etməyə vicdanım əl vermir. Çünki bəzilərinin "youtube"r deyib ayrı zümrəyə aid etməyə çalışdığı insanların gördüyü işlər Mədəniyyət Nazirliyinin və Kinostudiyanın dəstəyi ilə çəkilən əksər filmlərdən çox keyfiyyətli və peşəkardır. Nəzərə alsaq ki, yutub üçün çəkilən filmlər müstəqil filmlərdir və dostlarımız bu işləri ərsəyə gətirmək üçün çox əziyyət çəkir. Dövlətin puluyla çəkilən filmləri isə, rəflərdə toz basır.
Hər halda bütün bu cəhdlər təqdirə layiqdir. Şəxsən mən nə iş gördüyünün fərqində olaraq müstəqil film çəkən bütün yaradıcı dostlarımı dəstəkləyirəm və alqışlayıram. "Almafobiya"ya gəldikdə isə, Kənan Yusif klişelərdən xilas ola bilməsə də, buna cəhd edib, fərqli yanaşma sərgiləməyə çalışıb. Məhz uğurlu detallara, ciddi mesajlara görə filmin yaradıcı kollektivinə təşəkkür edirəm. Ümid edirəm bu cür işlərin davamı olacaq!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.