https://sputnik.az/20220301/fide-qran-prisi-sehriyar-memmedyarov-hec-heceye-razilasdi-439750115.html
FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov heç-heçəyə razılaşdı
FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov heç-heçəyə razılaşdı
Sputnik Azərbaycan
FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T22:55+0400
2022-03-01T22:55+0400
2022-03-01T22:55+0400
idman
şahmatçı
şahmat
fide
qran pri
şəhriyar məmmədyarov
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373161_0:161:3071:1888_1920x0_80_0_0_7aef44ddfd1f93c04fe01e390c8c8ec7.jpg
BAKI, 1 mart - Sputnik. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda keçirilən FIDE Qran-prisində mübarizəyə başlayıb.Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, 37 yaşlı qrossmeyster D qrupunun ilk turunda çinli Yu Yanqyi ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə heç-heçəyə razılaşıb.Bu qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Aleksandr Predke qarşılaşırlar.Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Finala vəsiqə qazanacaq şahmatçılar həm də İddiaçılar Turnirində iştirak hüququ əldə edəcəklər.Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373161_170:0:2901:2048_1920x0_80_0_0_2c52bafba0c454f01aa9cfe461fe8250.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fide qran-prisi: şəhriyar məmmədyarov heç-heçəyə razılaşdı
fide qran-prisi: şəhriyar məmmədyarov heç-heçəyə razılaşdı
FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov heç-heçəyə razılaşdı
FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
BAKI, 1 mart - Sputnik. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda keçirilən FIDE Qran-prisində mübarizəyə başlayıb.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, 37 yaşlı qrossmeyster D qrupunun ilk turunda çinli Yu Yanqyi ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə heç-heçəyə razılaşıb.
Bu qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Aleksandr Predke qarşılaşırlar.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Finala vəsiqə qazanacaq şahmatçılar həm də İddiaçılar Turnirində iştirak hüququ əldə edəcəklər.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.