CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukraynada hərbi əməliyyatlar Bakıda daşınmaz əmlak bazarına mənfi təsir göstərəcək

© Official website of President of Azerbaijan RepublicBina
Bina - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Ekspert deyir ki, beləcə Rusiyaya tətbiq olunan sanksiyalar dolayı yolla Azərbaycana da mənfi təsir edəcək.
BAKI, 4 mart — Sputnik. Ukraynada aparılan hərbi əməliyyatlarla əlaqədar ölkəmizə indiyədək 700 -dən çox azərbaycanlı təxliyə olunub. Ölkəmizə Ukraynadan gələnlərin sayının günü-gündən artmasının əmlak bazarına təsirsiz ötüşməyəcəyi, hətta mənzil bazarında qiymətlərin qalxacağına dair məlumatlar var.
Sputnik Azərbaycan Ukraynada baş verən hadisələrin Azərbaycandakı əmlak bazarına təsirini araşdırıb. Bu məqsədlə öncə ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şirkətlərlə əlaqə saxlayıb.
"Rahat Əmlak" şirkətindən Sputnik Azərbaycan-a bildirilib ki, hələki əmlak bazarında canlanma müşahidə olunmur. Şirkətdən bildirdilər ki, Ukraynada baş verənlər əmlak bazarına heç bir təsir göstərməyib.
Arenda.az saytının layihə rəhbəri Elvin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda əmlak bazarında durğunluqdur: "Bu durğunluq yanvar ayından başlayıb. Düşünürük ki, aprel-may aylarında ev alqı-satqısında canlanma olacaq. Amma Ukrayna hadisələrinin əmlak bazarına heç bir təsiri olmayıb. Hətta kirayə evlərlə bağlı da müraciətlər artmayıb".
E. Məmmədov deyir ki, Ukraynada yaşayan azərbaycanlılar ölkəmizə qəfil gəldiklərindən onların maddi durumu ev almağa imkan vermir. Onun sözlərinə görə, bu səbəbdən də ölkəmizdəki mənzil bazarında nəinki bahalaşma, heç canlanma müşahidə olunmur.
Əmlak üzrə tanınmış ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mənzil bazarında qarışıq vəziyyət yaranıb: "Sərt pandemiya dövründən sonra mənzil bazarında canlanma var. Bu həm də tikinti materiallarının qiymətlərinin artması ilə bağlıdır. Ukraynada müharibə sözsüz ki, mənzil bazarına təsir edəcək. Çünki, tikinti materiallarının çoxu Azərbaycana Ukraynadan gəlirdi. Xüsusilə metal konstruksiyalar bu ölkədən gətirilirdi. Yollar bağlı olduğundan, tikinti materiallarında qıtlığın olacağı qaçılmazdır. Bu isə, tikinti materiallarının qiymətini bahalaşdıracaq".
Ekspert deyir ki, Ukraynada müharibə bu ölkədən Azərbaycana axına səbəb olmayacaq. Çünki, Ukrayna vətəndaşları olan azərbaycanlılar daha çox Avropa ölkələrinə getməyə üstünlük verirlər. Həmsöhbətimizin qənaətinə görə, Avropada sığınacaq almaq onlar üçün daha sərfəlidir.
Amma E. Fərzəliyev Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycanda əmlak bazarına təsirsiz ötüşməyəcəyi qənaətindədir: "Rusiyada təxminən 2,5 milyon azərbaycanlı yaşayır. Bu ümumi Azərbaycan əhalisinin 25 faizi deməkdir. Rusiyaya tətbiq olunan sanksiyalar böyük ehtimal orada yaşayan həmvətənlərimizin maddi vəziyyətlərinin pisləşməsinə səbəb olacaq. Nəticədə onların biznesləri ciddi zərbə alacaq.
Azərbaycanda, xüsusəndə paytaxt Bakı və digər böyük şəhərlərimizdə daşınmaz əmlak alıcılarının böyük bir hissəsi xaricdə, xüsusilə Rusiyada yaşayan soydaşlarımızdır. Onların da belə anda atacağı addımlardan biri də, əmlaklarını dəyər-dəyməzə satmaq olacaq. Rusiyadakı mövcud vəziyyətlə əlaqədar olaraq orada yaşayan soydaşlarımızın öz bizneslərini ayaqda tutmaq üçün qısa bir zamandan sonra Azərbaycandakı əmlaklarını kütləvi surətdə satışa çıxartması isə ölkəmizdə əmlakların qiymətini ucuzlaşdıracaq. Bu vəziyyət kütləvi hal alarsa daşınmaz əmlakların satış qiymətlərində ciddi enmələrə səbəb olacaq".
E. Fərzəliyev bildirir ki, belə bir situasiya 2015-2016-cı illərdə devalivasiya zamanı rublun qiymətinin kəskin düşməsi dövründədə baş vermişdi.
Ekspert deyir ki, beləcə Rusiyaya tətbiq olunan sanksiyalar dolayısı yolla Azərbaycana da mənfi təsir edəcəkdir.
Ukrayna hadisələri
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı geniş miqyaslı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Putin Makrona Kiyevlə danışıqlara dair prinsipial məqamları açıqladı
Avropa Rusiya ilə dialoqa qayıtmalı olacaq
KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıb
Xəbər lenti
0