Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin Makrona Kiyevlə danışıqlara dair prinsipial məqamları açıqladı

© Sputnik / Alexei DruzhininRusiya Prezidenti Vladimir Putin və fransalı həmkarı Emmanuel Makron
Rusiya Prezidenti Vladimir Putin və fransalı həmkarı Emmanuel Makron - Sputnik Azərbaycan, 1920, 03.03.2022
Abunə olmaq
Telefon danışığı zamanı Ukraynadakı vəziyyətlə bağlı həmçinin humanitar məsələlərə toxunulub.
BAKI, 3 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı keçirib. Sputnik Azərbaycan xəbər verir ki,prezidentlərin telefon danışığı saat yarım davam edib.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyətlə bağlı müzakirələr aparılıb, həmçinin humanitar məsələlərə toxunulub. Rusiya prezidenti ölkəsinin hərbi əməliyyat öhdəliklərini istənilən halda yerinə yetirəcəyini bildirib.
O qeyd edib ki, danışıqlar prosesinin uzanması Moskvanın Kiyev qarşısında əlavə tələblərinə yol açacaq.
Putin deyib ki, Qərb ölkələri, o cümlədən Fransa Kiyevi Minsk razılaşmalarına əməl etməyə məcbur etmək üçün heç bir iş görməyib:

"Rusiya üçün əsas məsələ Ukraynanın demilitarizasiyası və neytral statusudur. Ukrayna ərazisindən Rusiya Federasiyası üçün heç bir zaman təhlükə hiss edilməməlidir".

Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0