https://sputnik.az/20220302/avropa-rusiya-ile-dialoqa-qayitmali-olacaq-439743182.html
Avropa Rusiya ilə dialoqa qayıtmalı olacaq
Avropa Rusiya ilə dialoqa qayıtmalı olacaq
Sputnik Azərbaycan
Sadə hesablama sübut edir ki, problemləri diplomatik yolla həll etmək lazımdır, hamıya ağır ətsir edən sanksiyaların köməyi ilə yox. 02.03.2022, Sputnik Azərbaycan
2022-03-02T10:23+0400
2022-03-02T10:23+0400
2022-03-02T10:23+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rf
dialoq
avropa
ai
iqtisadi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/01/439720171_0:177:3326:2048_1920x0_80_0_0_03d8f6a6dea54456480a4f3d800044fc.jpg
Aİ yaxın vaxtlarda ağır resessiya riskləri ucbatından Rusiya ilə iqtisadi dialoqa qayıtmalı olacaq. Bunu RİA Novosti-yə hazırkı vəziyyəti təhlil edərkən Technology of the Future sərmayə fondunun departament direktoru Maksim Açkasov deyib.Rusiyaya qarşı yeni sanksiyalarAİ Rusiya Mərkəzi Bankının ehtiyatları və aktivləri ilə bağlı əməliyyatları qadağan edib. Aİ dövlətləri Rusiya Bankı yalnız maliyyə sabitliyinin təmin edilməsi üçün "vacib lazım olduğu" təqdirdə tranzaksiyalar həyata keçirə biləcəklər.Aİ diplomatiyasının şefi Jozep Borrel bəyan edib ki, RMB-nin maliyyə ehtiyatlarının yarıya qədəri Aİ-nin yeni sanksiyalarının dondurulacaq.Almaniya hökumətindən isə bildirilib ki, artıq beynəlxalq ictimaiyyətin sanksiyası altında olan bütün Rusiya bankları, zəruri olduqda isə digər RF bankları SWIFT ödəmə sistemindən çıxarılacaqlar.Rusiyanın əks-tədbirləriRF Maliyyə Nazirliyi və MB bəyan ediblər ki, maliyyə bazarındakı vəziyyəti izləyirlər.Sabitliyi təmin etmək üçün MB təcili olaraq bazar ertəsi uçot dərəcəsini rekord 20%-dək qaldırdı və səhm ticarətini dayandırdı, Maliyyə Nazirliyi isə ixracatçılara valyuta qazancının 80%-ni satmaq öhdəliyini qoyub.Maliyyə naziri Anton Siluanov bəyan edib ki, büdcənin bütün sosial xərcləriyerinə yetiriləcək, bankları isə lazım olduqda kapitallaşdıracaqlar.RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Federasiyasında çox uzun müddət ərzində ölkənin indi qarşılaşdığı ən ağırları da daxil olmaqla, mümkün sanksiyalara qarşı planlı hazırlıq aparılıb. Rusiyanın bu sanksiyalara simmetrik cavabı olacaqmı sualına cavabında isə Peskov bildirib ki, Rusiyanın cavabları əsasən ölkənin maraqları və məqsədəuyğunluluq baxımından atılacaq.Yaxın gələcək üçün proqnoz"Yaxın aylarda Aİ Rusiya ilə iqtisadi əməkdaşlıq barədə razılaşmağa məcbur olacaq. Əks halda hər iki tərəf 6-12 ay ərzində ağır resessiyaya qədəm qoyacaq, Avropada davam edən enerji böhranı isə ciddi nəticələrə gətrib çıxaracaq. Rusiya Avropanın neft və qaz idxalının 30%-ni təmin edir. Aİ-nin yaxın 5-10 il ərzində Rusiya qaz tədarükünü radikal şəkildə dəyişmək imkanı yoxdur", - Technology of the Future sərmayə fondunun departament direkoru Maksim Açkasov bu fikirdədir.Ekspertin fikrincə, əgər enerji daşıyıcıları və xammal məhsullarına olan hazırkı qiymət səviyyəsinin 2023-cü ildə saxlanacağını güman etsək, onda Deutsche Bank-ın iqtisadçılarının gözləntilərinə əsasən, Aİ-də inflyasiya bu il 5,7%-ə çatacaq, iqtisadiyyatın artımı isə 2,8-dək azalacaq."Daha ciddi şok ssenarisi halında inflyasiya bu il 6,7%-ə çatacaq, iqtisadiyyatrın artımı isə təxminən 1%-ə düşəcək. Beləliklə, bizim əsas nəticəmiz belədir: bütün tərəflər danışıqlar masası arxasına oturmalı və bugünkü münaqişənin diplomatik həllini tapmalı olacaqlar", - Açkasov fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıbMakron Putin və Zelenski ilə danışıqlar aparıbAvropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcəkG7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib
rf
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/01/439720171_370:0:3101:2048_1920x0_80_0_0_314edf77a3d43147f3560a5e6b4b9cce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
rf, dialoq, avropa, ai, iqtisadi
rf, dialoq, avropa, ai, iqtisadi
Avropa Rusiya ilə dialoqa qayıtmalı olacaq
Sadə hesablama sübut edir ki, problemləri diplomatik yolla həll etmək lazımdır, hamıya ağır ətsir edən sanksiyaların köməyi ilə yox.
Aİ yaxın vaxtlarda ağır resessiya riskləri ucbatından Rusiya ilə iqtisadi dialoqa qayıtmalı olacaq. Bunu RİA Novosti-yə hazırkı vəziyyəti təhlil edərkən Technology of the Future sərmayə fondunun departament direktoru Maksim Açkasov deyib.
Rusiyaya qarşı yeni sanksiyalar
Aİ Rusiya Mərkəzi Bankının ehtiyatları və aktivləri ilə bağlı əməliyyatları qadağan edib. Aİ dövlətləri Rusiya Bankı yalnız maliyyə sabitliyinin təmin edilməsi üçün "vacib lazım olduğu" təqdirdə tranzaksiyalar həyata keçirə biləcəklər.
Aİ diplomatiyasının şefi Jozep Borrel bəyan edib ki, RMB-nin maliyyə ehtiyatlarının yarıya qədəri Aİ-nin yeni sanksiyalarının dondurulacaq.
Almaniya hökumətindən isə bildirilib ki, artıq beynəlxalq ictimaiyyətin sanksiyası altında olan bütün Rusiya bankları, zəruri olduqda isə digər RF bankları SWIFT ödəmə sistemindən çıxarılacaqlar.
RF Maliyyə Nazirliyi və MB bəyan ediblər ki, maliyyə bazarındakı vəziyyəti izləyirlər.
Sabitliyi təmin etmək üçün MB təcili olaraq bazar ertəsi uçot dərəcəsini rekord 20%-dək qaldırdı və səhm ticarətini dayandırdı, Maliyyə Nazirliyi isə ixracatçılara valyuta qazancının 80%-ni satmaq öhdəliyini qoyub.
Maliyyə naziri Anton Siluanov bəyan edib ki, büdcənin bütün sosial xərcləriyerinə yetiriləcək, bankları isə lazım olduqda kapitallaşdıracaqlar.
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Federasiyasında çox uzun müddət ərzində ölkənin indi qarşılaşdığı ən ağırları da daxil olmaqla, mümkün sanksiyalara qarşı planlı hazırlıq aparılıb. Rusiyanın bu sanksiyalara simmetrik cavabı olacaqmı sualına cavabında isə Peskov bildirib ki, Rusiyanın cavabları əsasən ölkənin maraqları və məqsədəuyğunluluq baxımından atılacaq.
Yaxın gələcək üçün proqnoz
"Yaxın aylarda Aİ Rusiya ilə iqtisadi əməkdaşlıq barədə razılaşmağa məcbur olacaq. Əks halda hər iki tərəf 6-12 ay ərzində ağır resessiyaya qədəm qoyacaq, Avropada davam edən enerji böhranı isə ciddi nəticələrə gətrib çıxaracaq. Rusiya Avropanın neft və qaz idxalının 30%-ni təmin edir. Aİ-nin yaxın 5-10 il ərzində Rusiya qaz tədarükünü radikal şəkildə dəyişmək imkanı yoxdur", - Technology of the Future sərmayə fondunun departament direkoru Maksim Açkasov bu fikirdədir.
Ekspertin fikrincə, əgər enerji daşıyıcıları və xammal məhsullarına olan hazırkı qiymət səviyyəsinin 2023-cü ildə saxlanacağını güman etsək, onda Deutsche Bank-ın iqtisadçılarının gözləntilərinə əsasən, Aİ-də inflyasiya bu il 5,7%-ə çatacaq, iqtisadiyyatın artımı isə 2,8-dək azalacaq.
"Daha ciddi şok ssenarisi halında inflyasiya bu il 6,7%-ə çatacaq, iqtisadiyyatrın artımı isə təxminən 1%-ə düşəcək. Beləliklə, bizim əsas nəticəmiz belədir: bütün tərəflər danışıqlar masası arxasına oturmalı və bugünkü münaqişənin diplomatik həllini tapmalı olacaqlar", - Açkasov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.