Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin Təhlükəsizlik Şurasının iclasında Ukraynada keçirilən xüsusi əməliyyatdan danışıb

© Sputnik / Алексей Никольский / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 03.03.2022
Abunə olmaq
Putinin sözlərinə görə, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üzrə keçirilən xüsusi əməliyyat zamanı əsgər və zabitlər cəsarətlə hərəkət edir, xəsarət alsalar da, sıralarını tərk etmirlər.
BAKI, 3 mart - Sputnik. Rusiya hərbçiləri Volnovaxa bölgəsində millətçilərin səkkiz ilə yaxındır gücləndirdiyi müdafiəni yarıblar.
RİA Novosti-nin məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üzrə keçirilən xüsusi əməliyyat zamanı əsgər və zabitlər cəsarətlə hərəkət edərək, aldıqları xəsarətlərə baxmayaraq, xidmətdə qalırlar.

"Donbasda bizim adamlarımızın müdafiəsi, Vətənimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələri yerinə yetirən rus əsgər və zabitləri əsl qəhrəmanlar kimi cəsarətlə hərəkət edirlər. Hərbçilərimiz bundan sonra da öz işinin haqlılığını tam dərk edərək əzmlə döyüşürlər, yaralanan əsgər və zabitlər sıralarında qalır, yoldaşlarını və dinc sakinləri xilas etmək üçün özlərini, canlarını qurban verirlər”, - deyə dövlət başçısı vurğulayıb.

Rusiya prezidenti çıxışında bir daha vurğulayıb ki, rRuslar və ukraynalılar bir xalqdır.
"️Ukraynada döyüşlərin gedişatı göstərir ki, Rusiya orada məhz neonasistlərlə vuruşur.️ Ukraynadakı millətçilər və əcnəbi muzdlular mülkı insanları canlı sipər kimi istifadə edirlər", - Putin deyib.
O qeyd edib ki, ️ərbi əməliyyatlar zamanı Ukraynada həlak olmuş hərbçılərin ailələrinə 7 milyon rubl ödəniləcək. ️Ukraynada döyüşlərdə yaralanmış hərbçılərə isə əlavə olaraq 3 milyon rubl ödəniləcək.
Fevralın 21-də “Donbasın xalq respublikaları”nın sorğularına cavab olaraq və Dövlət Duması deputatlarının müraciətindən sonra prezident Putin “LXR” və “DXR”in suverenliyini tanıyan fərmanlar imzalayıb. Fevralın 24-də səhər tezdən Rusiya Ukraynanı demilitarizasiya etmək üçün hərbi xüsusi əməliyyata başlayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Putin Makrona Kiyevlə danışıqlara dair prinsipial məqamları açıqladı
Avropa Rusiya ilə dialoqa qayıtmalı olacaq
KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıb
Makron Putin və Zelenski ilə danışıqlar aparıb
Xəbər lenti
0