https://sputnik.az/20220228/makron-putin-ve-zelenski-ile-danisiqlar-aparib-439705877.html
Makron Putin və Zelenski ilə danışıqlar aparıb
Makron Putin və Zelenski ilə danışıqlar aparıb
Sputnik Azərbaycan
Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Makron danışıqlarının keçirildiyini təsdiqləyib. 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T19:32+0400
2022-02-28T19:32+0400
2022-03-01T10:10+0400
ukrayna
vladimir zelenski
rusiya prezidenti vladimir putin
vladimir putin
emmanuel makron
yelisey sarayı
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438931626_0:0:3376:1899_1920x0_80_0_0_fdf48b14832a43f7da3c7eaf757c4ec9.jpg
BAKI, 28 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.Putin və Makron arasında telefon danışığın baş tutması haqqında məlumatı ilk öncə Yelisey Sarayı yayıb.Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Makron danışıqlarının keçirildiyini təsdiqləyib.Yelisey Sarayının məlumatında isə Makronun Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar apardığı qeyd olunub.Kremlin mətbuat xidmətinin yaydığı xəbərdə isə deyilir ki, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron Ukrayna ətrafında vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar. “Fransa tərəfinin təşəbbüsü ilə baş tutan uzun telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Fransa Respublikasının Prezidenti Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.Ukrayna hadisələriFevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Avropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcəkG7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438931626_429:0:3160:2048_1920x0_80_0_0_68d5df74a6cb6d98c621fcbc8a40f0a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, vladimir zelenski, rusiya prezidenti vladimir putin, vladimir putin, emmanuel makron, yelisey sarayı
ukrayna, vladimir zelenski, rusiya prezidenti vladimir putin, vladimir putin, emmanuel makron, yelisey sarayı
Makron Putin və Zelenski ilə danışıqlar aparıb
19:32 28.02.2022 (Yenilənib: 10:10 01.03.2022) Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Makron danışıqlarının keçirildiyini təsdiqləyib.
BAKI, 28 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Putin və Makron arasında telefon danışığın baş tutması haqqında məlumatı ilk öncə Yelisey Sarayı yayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Makron danışıqlarının keçirildiyini təsdiqləyib.
Yelisey Sarayının məlumatında isə Makronun Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar apardığı qeyd olunub.
Kremlin mətbuat xidmətinin yaydığı xəbərdə isə deyilir ki, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron Ukrayna ətrafında vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar.
“Fransa tərəfinin təşəbbüsü ilə baş tutan uzun telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Fransa Respublikasının Prezidenti Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.