Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ukraynada baş verən hadisələr Azərbaycan manatına necə təsir edəcək?

© Photo : TRENDНовые банкноты
Новые банкноты - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Ekspertin fikrincə, Qərb indi Rusiya neft və qazından asılılığını azaltmağa çalışır. Onun əvəzini, o cümlədən Azərbaycandan əlavə həcmdə qaz və neft almaq yolu ilə çıxmağa çalışır.
BAKI, 2 mart - Sputnik. Ukrayna ətrafındakı vəziyyət Azərbaycan valyutasına heç bir şəkildə təsir etməyəcək.
Bunu Sputnik Azərbaycan-a iqtisadçı ekspert Aleksandr Razuvayev Ukraynada baş verənlərin proseslərin Azərbaycan manatına təsir edib-etməyəcəyini şərh edərkən deyib.
"Ukraynada baş verənlər iqtisadiyyatla bağlı olmayan siyasi böhrandır. Buna görə inkişaf etməkdə olan ölkələrin valyuta bazarında, fond birjada geniş satışlar ehtimalı azdır", - iqtisadçı deyib.
Onun sözlərinə görə, yeganə mümkün mənfi cəhət FED-in faiz dərəcəsinin artmasıdır ki, bu da Azərbaycan manatına pis təsir edə bilər:
"Bu, Azərbaycan manatı üçün pisdir. Amma bunun Ukrayna ilə heç bir əlaqəsi yoxdur, hər şey ABŞ-da inflyasiya ilə bağlıdır".
Razuvayevin qeyd etdiyi kimi, Qərb indi Rusiya neft və qazından asılılığını azaltmağa çalışır. Odur ki, buna əvəz axtaracaq:
"Bu həm də Azərbaycandan əlavə həcmdə qaz və neft almağın hesabına mümkündür. Bu isə Azərbaycan milli valyutası üçün müsbət məqamdır."
Agentliyin həmsöhbətinin fikrincə, xam neftin bugünkü qiymətləri fonunda Azərbaycanın dövlət büdcəsi sabitdir: “Həmçinin suveren reytinqlərin artması da mümkündür".
Beləliklə, Ukraynada baş verən son hadisələrin Azərbaycanın maliyyəsinə xüsusi təsiri gözlənilmir. Ekspert Bakının xüsusi narahatlığına səbəb görmür.
Ukrayna hadisələri
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb. Sberbank və VTB daxil olmaqla, bir neçə iri Rusiya bankı yeni məhdudiyyətlər altına düşüb. Bir sıra dövlət şirkətləri xarici kapitalı cəlb etməkdə çətinlik çəkib.
Rusiyaya həm də yüksək texnologiyalı məhsulların tədarükünə qarşı sanksiyalar tətbiq edilib.
Almaniya “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırıb.
Avropa İttifaqının bütün üzvləri, o cümlədən birliyə qoşulmamış bir neçə ölkə Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.
Həmçinin ABŞ və Aİ-də vaxtaşırı Rusiyanın beynəlxalq banklararası köçürmələr sistemindən SWIFT-dən ayrılmasının mümkünlüyü barədə bəyanatlar eşidilir. Lakin Qərbdə hələlik bu məsələdə vahid mövqe yoxdur.
Rusiya enerji daşıyıcılarının ixracına heç bir məhdudiyyət qoyulmayıb. Rusiya səlahiyyətliləri yeni sanksiyalar dalğası olacağı təqdirdə əvvəlcədən fövqəladə hallar planı hazırladıqlarını və məhdudiyyətlərdən təsirlənən biznesstrukturlarına iqtisadiyyatın düzgün işləməsini təmin edərək lazımi dəstəyi verəcəklərini bildiriblər. Hökumət cavab tədbirləri hazırlayır, lakin təfərrüatlar hələ məlum deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Belarusla sərhəddə Rusiya-Ukrayna danışıqları başlamaq üzrədir
Ukrayna və Rusiya arasında danışıqların keçiriləcəyi yer bəlli oldu
Zelenski Rusiya ilə görüş yerini açıqladı
Rusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib
Xəbər lenti
0