Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov: "Ukrayna qəsdən danışıqların vaxtını uzadır"

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Rusiya XİN başçısı: Biz danışıqların ikinci raunduna hazırıq, lakin Ukrayna tərəfi ABŞ-ın göstərişi ilə vaxtı uzadır.
BAKI, 2 mart — Sputnik. Rusiya Ukrayna ilə danışıqların ikinci raunduna hazırdır, ancaq Kiyev vaxtı uzadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Biz danışıqların ikinci raunduna hazırıq, lakin Ukrayna tərəfi ABŞ-ın göstərişi ilə vaxtı uzadır" - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Rusiya nümayəndə heyəti çərşənbə günü axşam saatlarında danışıqların aparıldığı yerdə ukraynalı təmsilçiləri gözləyəcək. Peskov Vladimir Medinskinin danışıqlarda əsas təmsilçi olaraq qaldığını açıqlamışdı.
Xatırladaq ki, bu həftənin bazarertəsi günü Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Üçüncü dünya müharibəsinin mümkün nəticələri
Sergey Lavrov üçüncü dünya müharibəsinin nüvə müharibəsi və dağıdıcı olacağını bəyan edib.
"Üçüncü dünya müharibəsi nüvə müharibəsi və dağıdıcı olacaq. ABŞ prezidenti Co Bayden təcrübəli insandır və əvvəllər də demişdi ki, müharibənin yeganə alternativi sanksiyalardır", - nazir deyib.
ABŞ prezidenti Co Bayden daha əvvəl bildirmişdi ki, Ukrayna hadisələri ilə əlaqədar Qərbin Rusiyaya qarşı genişmiqyaslı sanksiyalarının tətbiqinə alternativi "üçüncü dünya müharibəsi"nin başlaması olacaq. O vurğulayıb ki, Ukraynada baş verən hadisələrin Rusiya üçün nəinki yaxın, həm də uzaq gələcəkdə nəticələri olacaq.
Lavrov həmçinin qeyd edib ki, Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
Rusiyanın çoxlu dostları var, onu təcrid etmək olmaz
Sergey Lavrov deyib ki, Rusiyanın çoxlu dostları var, onu təcrid etmək olmaz.
O bildirib ki, Moskva Qərbin jurnalistlərə, idmançılara, mədəniyyət xadimlərinə qarşı sanksiyalar tətbiq edəcəyini gözləmirdi.
Bazar günü Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiyanın Ukraynanı demilitarizasiya etmək üçün həyata keçirdiyi xüsusi əməliyyatla bağlı sanksiya tədbirlərindən biri kimi bir sıra Ruisya KİV-in Aİ-də fəaliyyətinin bloklanmasını açıqlamışdı. Von der Leyen qadağanın "RT", Sputnik və onların törəmə şirkətlərini əhatə edəcəyini bildirib. Bu media orqanlarının "TikTok" və "Instagram" hesabları artıq Aİ-də fəaliyyətini dayandırıb, "Meta" isə ümumiyyətlə Aİ-də onlara girişi məhdudlaşdıracaq.
Bundan əvvəl Beynəlxalq Futbol Federasiyası, Beynəlxalq Konkisürmə İttifaqı (Fiqurlu Konkisürmə, Sürətli Konkisürmə, Şort-Trek), Beynəlxalq Buzda Xokkey Federasiyası, Beynəlxalq Basketbol Federasiyası, Beynəlxalq Voleybol Federasiyası, Beynəlxalq Reqbi Şurası, Beynəlxalq Stolüstü tennis, Konkisürmə Federasiyası, Dünya Badminton Federasiyası, Beynəlxalq Yelkənli İdman Federasiyası, Beynəlxalq Həndbol Federasiyası rusiyalı idmançılarınların yarışlardan tamamilə kənarlaşdırılmasını elan edib.
Çərşənbə axşamı məlum olub ki, Bavariya Dövlət Operası opera müğənnisi Anna Netrebko və dirijor Valeri Qergievlə Rusiyanın Ukraynadakı əməliyyatından "kifayət qədər uzaqlaşdığına" görə əlaqələri kəsib. Daha sonra "Spiegel" xəbər verir ki, müğənni martın 2-də Hamburqda baş tutmalı olan konserti ləğv edib və Netrebkodan sitat gətirib: "İndi mənə görə musiqi ifa etmək üçün uyğun vaxt deyil" " .
Rusiya fevralın 24-ü cümə axşamı səhər tezdən Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. Bunun üçün onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Avropa Rusiya ilə dialoqa qayıtmalı olacaq
KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıb
Makron Putin və Zelenski ilə danışıqlar aparıb
Avropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcək
G7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib
Xəbər lenti
0