Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

G7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib

© OLIVIER DOULIERY / POOL / AFPЭлизабет Трасс
Элизабет Трасс - Sputnik Azərbaycan, 1920, 27.02.2022
Abunə olmaq
Britaniyanın xarici işlər naziri Liz Trass deyib ki, Putin məğlub olmalıdır, Ukraynanın suverenliyi bərpa edilməlidir.
BAKI, 27 fevral - Sputnik. G7 ölkələrinin xarici işlər nazirləri Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın da iştirak etdiyi toplantıda Ukraynaya müdafiə silahlarının tədarükünü davam etdirməyə razılaşıblar.
“Böyük Yeddilik” qrupunun (G7) üzvləri həmçinin Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəliblər.
RİA Novosti-nin xəbərinə görə, bunu G7 xarici işlər nazirlərinin görüşündən sonra Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
"G7 və Ukrayna xarici işlər nazirlərinin mühüm görüşü. Bizim aydın mövqeyimiz var: (Rusiya prezidenti Vladimir - red.) Putin məğlub olmalıdır, Ukraynanın suverenliyi bərpa edilməlidir. Biz Ukraynanın müdafiə silahları və avadanlıqları ilə təchizatını davam etdirmək barədə razılığa gəldik ", - deyə Trass Twitter-də yazıb.
Onun sözlərinə görə, tərəflər həmçinin Rusiya iqtisadiyyatını zəiflətmək üçün sanksiyaları sərtləşdirməyə razılaşıblar.
G7 ölkələri həmçinin Rusiyanın Ukraynaya və xalqına vurduğu hər hansı zərərə görə məsuliyyət daşıyacağını bildiriblər.
Onlar qeyd ediblər ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində baş verəcək status dəyişikliklərini tanımırlar.
Daha əvvəl müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə Putin çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
O bildirib ki, “NATO-nun aparıcı ölkələrinin yüksək vəzifəli şəxsləri də ölkəmizə qarşı aqressiv bəyanatlara yol verir”.
Ağ Ev cavab olaraq NATO-nun Rusiyanı təhdid etmədiyini bildirib və Putinin əmrini “mövcud olmayan” təhdidlərə cavab adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Belarusla sərhəddə Rusiya-Ukrayna danışıqları başlamaq üzrədir
Ukrayna və Rusiya arasında danışıqların keçiriləcəyi yer bəlli oldu
Zelenski Rusiya ilə görüş yerini açıqladı
Rusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib
Zelenski Rusiya ilə danışıqlar üçün Bakını seçdi
Rusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib
Xəbər lenti
0