Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

XİN Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi ilə bağlı son durumu açıqladı

Министерство иностранных дел Азербайджана
Министерство иностранных дел Азербайджана - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
XİN Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.
BAKI, 28 fevral - Sputnik. Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrə - Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya ərazisinə keçidi davam edir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumata görə, sözügedən dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.

Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkəkərdən Moldova Respublikasına 950 nəfər vətəndaşımız, Polşa Respublikasına 447 nəfər vətəndaşımız, Macarıstana 17 nəfər vətəndaşımız, Rumıniyaya 200 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 13 nəfər vətəndaşımız daxil olub.

Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcəkdir.
Ukrayna hadisələri
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı geniş miqyaslı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Вigər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Xarkovdan Azərbaycan vətəndaşlarının növbəti qrupu yola salınacaq
KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıb
Makron Putin və Zelenski ilə danışıqlar aparıb
Avropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcək
G7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib
Xəbər lenti
0