https://sputnik.az/20220228/xarkovdan-azerbaycan-vetendaslarinin-novbeti-qrupu-yola-salinacaq-439699925.html
Xarkovdan Azərbaycan vətəndaşlarının növbəti qrupu yola salınacaq
Xarkovdan Azərbaycan vətəndaşlarının növbəti qrupu yola salınacaq
Sputnik Azərbaycan
Rusiya silahlı qüvvələri tərəfindən bombardmana məruz qalan Xarkovdan təxliyə olunmaq istəyən 1500 Azərbaycan vətəndaşı var. 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T18:58+0400
2022-02-28T18:58+0400
2022-03-01T10:11+0400
xarkov
ukrayna
diasporla iş üzrə dövlət komitəsi
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439699605_0:0:3073:1728_1920x0_80_0_0_a2888f4a21b7956e0fdb372c0c78993f.jpg
BAKI, 28 fevral — Sputnik. Xarkova aviazərbələr endirilməyə başlanıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli məlumat verib.S.Adıgözəlli aviazərbələrin 15 dəqiqə əvvəl başladığını, şəhərə genişmiqyaslı hücumun gözlənildiyini qeyd edib. Onun sözlərinə görə, Xarkovun bombalanması və gözlənilən genişmiqyaslı hücumla bağlı Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun dəstəyi ilə bu gün yaxın saatlarda tələbələr də daxil olmaqla, 60 nəfər Azərbaycan vətəndaşı qatarla Lvova yola salınacaq: "Artıq Xarkovda qalmaq təhlükəsizlik baxımından tamamilə mümkünsüzdür. Artıq mən də bu gün Xarkovu tərk edəcəyəm".Qeyd edək ki, bundan öncə fevralın 27-də Xarkovdan bir qrup azərbaycanlı tələbə və digər Azərbaycan vətəndaşları qatarla Lvova yola salınıb.Xarkovdan təxliyə olunmaq istəyən 1500 Azərbaycan vətəndaşı var.Qeyd edək ki, Ukraynada baş verən hadisələr zamanı 4 azərbaycanlı həlak olub. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır.Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:"Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza tələbinə riayət olunmasını, eləcə də COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
xarkov
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439699605_0:0:2731:2048_1920x0_80_0_0_233197e97e520b55db753b6d45605ed4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xarkov, ukrayna, diasporla iş üzrə dövlət komitəsi
xarkov, ukrayna, diasporla iş üzrə dövlət komitəsi
Xarkovdan Azərbaycan vətəndaşlarının növbəti qrupu yola salınacaq
18:58 28.02.2022 (Yenilənib: 10:11 01.03.2022) Rusiya silahlı qüvvələri tərəfindən bombardmana məruz qalan Xarkovdan təxliyə olunmaq istəyən 1500 Azərbaycan vətəndaşı var.
BAKI, 28 fevral — Sputnik. Xarkova aviazərbələr endirilməyə başlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli məlumat verib.
S.Adıgözəlli aviazərbələrin 15 dəqiqə əvvəl başladığını, şəhərə genişmiqyaslı hücumun gözlənildiyini qeyd edib. Onun sözlərinə görə, Xarkovun bombalanması və gözlənilən genişmiqyaslı hücumla bağlı Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun dəstəyi ilə bu gün yaxın saatlarda tələbələr də daxil olmaqla, 60 nəfər Azərbaycan vətəndaşı qatarla Lvova yola salınacaq: "Artıq Xarkovda qalmaq təhlükəsizlik baxımından tamamilə mümkünsüzdür. Artıq mən də bu gün Xarkovu tərk edəcəyəm".
Qeyd edək ki, bundan öncə fevralın 27-də Xarkovdan bir qrup azərbaycanlı tələbə və digər Azərbaycan vətəndaşları qatarla Lvova yola salınıb.
Xarkovdan təxliyə olunmaq istəyən 1500 Azərbaycan vətəndaşı var.
Qeyd edək ki, Ukraynada baş verən hadisələr zamanı 4 azərbaycanlı həlak olub. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, baş vermiş ölüm hallarının təfərrüatları araşdırılır.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:
"Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza tələbinə riayət olunmasını, eləcə də COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.